Bıçaq zərbəsi, arxiv şəkli

Saatlı sakini dəhşətli cinayət törədib

384
(Yenilənib 23:16 22.09.2018)
Saatlı sakini dəhşətli cinayət törətdi: Qayınanasını qətlə yetirdi, arvadını isə ağır yaraladı

BAKI, 22 sentyabr — Sputnik. Saatlı rayonunda qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, rayonun Nərimankənd kəndində yaşayan Həşimov Xəyal axşam saatlarında 1960-cı il təvəllüdlü qayınanası Alışova Hökumə Mirqədir qızını bıçaqlayaraq qətlə yetirib.

O, həmçinin 1993-cü il təvəllüdlü həyat yoldaşı Həşimova Gülbikə Nurəddin qızını ağır yaralayıb. Sonuncu Saatlı Rayon Xəstəxanasına yerləşdirilib. Qətlin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

384