ABŞ prezidenti Donald Tramp Florence qasırğasından zərər çəkən amerikalıları ziyarət edib

Tramp evini qasırğa dağıdan adamla məzələndi: “Qazanmısınız”

114
(Yenilənib 04:34 22.09.2018)
Florence qasırğası ABŞ-da Şimali və Cənubi Karolina ştatlarında bu günə qədər 37 nəfərin ölümünə səbəb olub

BAKI, 22 sentyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Florence qasırğasından zərər çəkən amerikalıları ziyarət edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tramp fəlakət bölgəsində görüşü zamanı evinin həyətinə yaxta girmiş ailə ilə zarafat da edib. O deyib ki, bu işdən gözəl yaxta qazanmısınız: "Bu sizin yaxtanızmı? Yoxsa təsadüfən sizin olub? Qanun buna nə deyir? Bəlkə də bu iş sizə bir yaxta qazandırıb".

Qeyd edək ki, Florence qasırğası ABŞ-da Şimali və Cənubi Karolina ştatlarında bu günə qədər 37 nəfərin ölümünə səbəb olub.

Kilsələrdə yemək paylayıb, dağılmış evlər arasında gəzən Tramp fəlakət zamanı zərər çəkənlərlə qucaqlaşıb görüşüb.

"Amerika sizinlə birlikdə yas tutur. Sizinlə birlikdə bizim də qəlbimiz qırılıb. Sizin itirdiklərinizi əsla unutmayacaq, sizi heç vaxt tərk etməyəcəyik. Sona qədər sizinləyik" – deyə o bildirib.

114
Teqlər:
zərərçəkən, Florence, ABŞ prezidenti Donald Tramp, qasırğa, zarafat

Həftənin ən parlaq şəkilləri - qar vannası, can verən qalaktika, Kapitolidə pizza

3
Sputnik Azərbaycan dünya agentliklərinin müxbirlərinin çəkdikləri ən parlaq və emosional fotoları oxucularının diqqətinə çatdırır.

Ötən həftə müxtəlif hadisələrlə yadda qaldı. Əsas problemimiz - koronavirusdur, dünya iki milyondan artıq insanın ömrünə son qoyan mərəzlə mübarizəsini davam etdirir.

ABŞ Nümayəndələr Palatası ikinci dəfə tərəfdarlarını Kapitoliyə hücuma təhrik etdiyi iddia olunan Donald Trampın impiçmentinə səs verdi. Tramp iki dəfə impiçment elan olunan prezident kimi ABŞ tarixinə düşdü. 

İndoneziyada Boeing 737-500 sərnişin təyyarəsi qəzaya uğradı. Göyərtədəki 65 nəfərdən heç biri sağ qalmadı. Qəzanın səbəbləri isə hələ də araşdırılır.

İspaniya sakinləri əsl qışın xoş olmayan dadını yaşadılar. "Filomena" qasırğası qarsız qışa öyrəşmiş Pireney yarımadasını ağ rəngə bürüdü.

Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.

3
  • © AP Photo / Petros Karadjias

    Nikosiyanın mərkəzində mağaza sahibi maskalı, amma çılpaq maneken aparır, Kipr

  • © AFP 2020 / Karim Sahib

    Liva səhrasında adam, BƏƏ

  • © AFP 2020 / Gabriel Bouys

    Madriddə gənclər nəhəng qartopu düzəldirlər, İspaniya

  • Issei Kato

    Yokohamada kimonolu qızlar həddi-büluğa çatma mərasimində, Yaponiya

  • © AP Photo / Oded Balilty

    Yerusəlimdə etiraz iştirakçısı əlində nəhəng şpris tutub, İsrail

  • © REUTERS / Basri Marzuki/Antara Foto

    Paluda dağıdılmış abidənin yanında oynayan uşaqlar, İndoneziya

  • © AP Photo / Manuel Balce Ceneta

    Nümayəndələr Palatasının üzvü Viki Hartsler və parlament üzvü Maykl Valts Milli Qvardiyanın əsgərlərinə pizza paylayırlar

  • © REUTERS / Loren Elliott

    Qız okean üzərində ipdən sallanıb

  • © AP Photo / Alex Brandon

    Spiker Nensi Pelosi ABŞ Prezidenti Donald Trampa qarşı imzalanmış impiçment sənədini təqdim edir

  • © REUTERS / Yara Nardi

    Romada bir evin pəncərəsindəki pişiklərin şəklini çəkən adam, İtaliya

  • © REUTERS / Navesh Chitrakar

    Katmanduda qarşıdurmalarda xəsarət alan adama yardım göstərilir, Nepal

  • © REUTERS / Baz Ratner

    Kampalada qadın başında ananas aparır, Uqanda

  • © REUTERS / M. Kornmesser / European Southern Observatory

    ID2299 qalaktikasının bədii təsviri

  • © AFP 2020 / Wang Zhao

    Pekində kişi ilə uşaq donmuş gölün üzəriylə kirşədə gedirlər, Çin

  • © REUTERS / Kyodo

    Hokkaydonun tropik botanika bağında əntər meymunlar isti bulaqda çimirlər, Yaponiya

  • © REUTERS / Ajeng Dinar Ulfiana

    Qırmızı Xaçın əməkdaşı Sriwijaya Air şirkətinin Yava dənizində qəzaya uğramış təyyarəsinin turbinini dezinfeksiya edir

  • © AP Photo / Michael Probst

    Frankfurt yaxınlığındakı Kronberq şəhəri səhər günəşini qarşılayır, Almaniya

  • © REUTERS / Johan Nilsson / TT News Agency

    Güclü qar səbəbindən qəzaya uğrayan avtobusların yanında polislər, İsveç

  • © AFP 2020 / Patrick T. Fallon

    ABŞ-da etiraz edənlər və qaçışa çıxmış qız

  • © REUTERS / Ivan Alvarado

    Santiago a Mil Beynəlxalq Teatr Festivalında Fuego Rojo ifa edən La Patogallina və Ciclicus teatr truppalarının rəqqasları, Santyaqo, Çili

  • © AP Photo / Darko Vojinovic

    Belqradda avtobus sərnişinləri, Serbiya

  • © AFP 2020 / Douglas Magno

    Yağış mövsümündə çayda sörfinq, Braziliya

  • © AFP 2020 / Manan Vatsyayana

    Hanoyda Opera Teatrının yanında qız, Vyetnam

  • © AFP 2020 / Ed Jones

    Donmuş Xan çayı üzərində körpü, Seul, Cənubi Koreya

  • © Sputnik / Anton Podgaiko

    Pyatiqorskda isti kükürdlü su vannası qəbul edən qızlar, Rusiya

Polis

Adam öldürməkdə ittiham edilən adam bu dəfə 36 kq narkotiklə yaxalandı

3
(Yenilənib 18:55 16.01.2021)
Yardımlıda ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə aşkarlanıb Yardımlıda ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə aşkarlanıb

BAKI, 16 yanvar — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları Yardımlı rayonu ərazisində əməliyyat tədbiri keçiriblər.

DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş Elməddin Əliyev müəyyən olunaraq saxlanılıb.

Davam etdirilən tədbirlərlə ondan ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə, o cümlədən 32 kiloqram 155 qram tiryək və 4 kiloqram 330 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

3