Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyuCocuq Mərcanlı kəndində olub

Koreya səfiri Cocuq Mərcanlı şagirdlərini sevindirdi FOTOLAR

98
(Yenilənib 00:31 22.09.2018)
Məktəbin bütün şagirdlərinə məktəb ləvazimatları, qol saatları və “TEAS PRESS” Nəşriyyat evinin kitabları hədiyyə edilib

BAKI, 22 sentyabr — Sputnik. Koreya Respublikasının Azərbaycandakı səfirliyinin, SEBA Koreya Şərq Təbabəti Klinikasının təşkilatçılığı və Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Cocuq Mərcanlı sakinlərinə dəstək layihəsi həyata keçirilib. Bu münasibətlə Cocuq Mərcanlı kəndinə səfər təşkil olunub.

Sputnik Azərbaycan xəbər verir ki, Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyu əvvəlcə Cocuq Mərcanlı kənd tam orta məktəbi ilə tanış olub. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov səfirə ermənilərin işğal olunmuş ərazilərdə törətdikləri vəhşiliklər, Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına müvafiq olaraq kəndin bərpası ilə bağlı aparılan tikinti işləri barədə məlumat verib.

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyu Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərindən və kənd sakinlərinin doğma yurdlarına qayıtmasından məmnunluğunu ifadə edib. Koreya Respublikasının Azərbaycandakı səfirliyinin keçirdiyi məcburi köçkünlərə dəstək tədbirlərinin iki ölkə arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcəyinə ümid etdiyini bildirib.

  • Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyuCocuq Mərcanlı kəndində olub
    Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyuCocuq Mərcanlı kəndində olub
    © Sputnik / Musa Muradli
  • Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyuCocuq Mərcanlı kəndində olub
    Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyuCocuq Mərcanlı kəndində olub
    © Sputnik / Musa Muradli
  • Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyuCocuq Mərcanlı kəndində olub
    Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyuCocuq Mərcanlı kəndində olub
    © Sputnik / Musa Muradli
  • Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyuCocuq Mərcanlı kəndində olub
    Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyuCocuq Mərcanlı kəndində olub
    © Sputnik / Musa Muradli
  • Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyuCocuq Mərcanlı kəndində olub
    Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyuCocuq Mərcanlı kəndində olub
    © Sputnik / Musa Muradli
1 / 5
© Sputnik / Musa Muradli
Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyuCocuq Mərcanlı kəndində olub

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov layihəni Koreya-Azərbaycan dostluq münasibətlərinin göstəricisi olduğunu qeyd edərək, Cocuq Mərcanlı kənd sakinlərini yaddan çıxarmadıqları üçün Koreya Respublikasının Azərbaycandakı səfirliyinə və Koreya Şərq Təbabəti Klinikasına təşəkkürlərini bildirib.

Sonra şagirdlər arasında keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Məktəbin bütün şagirdlərinə Koreya səfirliyi, “Samsung Engineering” və SEBA Koreya Şərq Təbabəti Klinikası tərəfindən məktəb ləvazimatları, qol saatları və “TEAS PRESS” Nəşriyyat evinin kitabları hədiyyə edilib.

Layihə çərçivəsində 250-dən çox Cocuq Mərcanlı sakini Koreya Şərq Təbabəti Klinikasının şərq və qərb üsulları ilə müayinə və müalicə olunub. Klinikanın direktoru İsmət Qasımzadə bildirib ki, bu tədbir SEBA Koreya Şərq Təbabəti Klinikasının sayca beşinci layihəsidir. Onlardan üçü Koreya səfirliyi ilə birgə həyata keçirilib.

Səfir Kim Çanq-gyu sonra Cocuq Mərcanlı kənd sakini Şahsuvar Şirinovun evinə baş çəkib. Şahsuvar Şirinovun ailəsinə, həmçinin digər dörd ailəyə “LG Electronics” şirkəti tərəfindən məişət avadanlıqları təqdim olunub.

98
Teqlər:
hədiyyə, şagird, məktəb, Cocuq Mərcanlı, səfir, Koreya Xalq Demokratik Respublikası

Bank soyğunçusu 18 nəfəri girov götürdü, yarım milyon istəyir

4
Beş yüz min dollar pul tələb edən soyğunçunun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. O, indi də helikopter istəyir

BAKI, 21 oktyabr — Sputnik. Gürcüstandakı banklardan birini soymağa çalışan şəxs 18 nəfəri girov götürüb. Sputnik Gürcüstan-ın verdiyi məlumata görə, soyğunçu 500 min dollar pul, maşın və helikopter tələb edib. Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı yazılı məlumatda bildirilir ki, Zuqdidi şəhərində bir banka girən silahlı şəxs orada işləyən insanları girov götürüb. Soyğunçunun şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Bildirilir ki, onun əlində qumbara var və tələblərinin 18:00-dək yerinə yetirilməsini istəyir.

Açıqlamada o da bildirilir ki, hadisə yerinə xüsusi təyinatlı polis dəstəsi göndərilib və girov götürülən şəxslərin xilas olunması üçün əməliyyat keçirilir.

4
Xudafərin körpüsü, arxiv şəkli

Xudafərin körpüsünün dünyada tanınması ilə bağlı əhəmiyyətli addım atılacaq

18
(Yenilənib 17:36 21.10.2020)
Məşhur abidə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər həyata keçiriləcək

BAKI, 21 oktyabr — Sputnik. Müstəsna universal dəyəri, təkrarolunmaz landşaftı, yüksək memarlıq-mühəndis həlli, eləcə də iki ölkə ərazisində yerləşdiyi nəzərə alınaraq Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə Azərbaycan Respublikası İran İslam Respublikası ilə birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bəyanat verib.

Tikilmə tarixinə görə dövrünün möhtəşəm mühəndis qurğularından olan Xudafərin körpüləri Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində yerləşən möhtəşəm tarixi abidədir.

Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirir. Tarixi İpək yolunun üzərində yerləşən 11 tağlı körpü XI-XII əsrlərdə, 15 tağlı körpü isə XIII əsrdə inşa olunub. Azərbaycan memarlığının unikal abidələrindən olan Xudafərin körpüləri Yaxın və Orta Şərq regionunun ən əzəmətli, ən məşhur körpülərindən hesab olunur. Xudafərin körpüləri Böyük İpək Yolunun inkişafında mühüm rol oynamış və hərbi-strateji cəhətdən də müstəsna əhəmiyyətə malik olub.

15 aşırımlı körpünün antik dövrdə inşa edilmiş digər bir körpünün dayaqları üzərində tikildiyi ehtimal edilir. Coğrafi mövqeyinin əlverişli olması, yəni sahillərinin sal qayalarla əhatələnməsi burada körpünün tikilməsinə şərait yaradıb. Körpünün tağları bişmiş kərpicdən yığılsa da, doldurucu kimi çay daşından istifadə edilib. 15 aşırımlı körpüdən 750 metr aralıda yerləşən 11 aşırımlı körpünün tikinti materialı kimi yonulmuş sal qaya daşlarından istifadə edilib.

Qeyd edək ki, 1993-cü ildə Cəbrayıl rayonu Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Xudafərin körpüləri dağıntılara məruz qalıb. Cari il oktyabrın 18-də rəşadətli Azərbaycan Ordusu 1993-cü ildə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun ərazisində yerləşən dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Xudafərin körpülərini işğaldan azad edib. Xudafərin körpülərinin üzərində 27 ildən sonra yenidən Azərbaycan Respublikasının üçgəngli bayrağı ucaldılıb.

18
Əlaqədar
İlham Əliyev: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
Həm Azərbaycanın, həm də İranın arzusu reallaşır - "Xudafərin" hidroqovşağından şad xəbər
Ermənistan Xudafərin istiqamətində əməliyyat keçirməyə qadir deyil - MN
MN: Ermənilər qorxularından Xudafərinlə bağlı cəfəngiyyat yayırlar