Sosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli

Facebook-dan subaylar üçün möhtəşəm yenilik Evlilər baxmasın

286
(Yenilənib 04:41 22.09.2018)
Xidmət yalnız 18 yaşından böyüklər üçün açıq olacaq

BAKI, 22 sentyabr — Sputnik. Facebook Kolumbiyada öz yeni tanışlıq xidmətini istifadəyə verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, yeni Facebook Dating xidməti haqqında Mark Zukerberq may ayında məlumat vermişdi.

O, qeyd etmişdi ki, bu xidmət eyni yöndə fəaliyyət göstərən rəqiblərindən uzun müddətli münasibətlər üçün nəzərdə tutulması ilə fərqlənir. Xidmətə giriş evlilər və münasibəti olanlar üçün bağlı olacaq.

Məlumata görə, Facebook Dating İOS və Androidlər üçün tətbiq ediləcək. Xidmət yalnız 18 yaşından böyüklər üçün açıq olacaq. Xidmətə qoşulmaq istəyənlər xüsusi hesab açaraq oraya foto və özləri haqqında məlumat yazmalı olacaq. Facebook Dating Tinder proqramından fərqli olaraq 100 kilometrlikdə olan uyğun insanları bir-biri ilə qovuşduracaq. Xidmət hələlik pulsuz olacaq.

Eyni zamanda, Facebook Dating-də xüsusi çat da yaradılacaq. Çatda mətn mesajları ilə yanaşı emojilər də göndərmək mümkün olacaq. İstifadəçi gün ərzində 100 nəfərdən çox olmamaq şərti ilə istənilən istifadəçiyə yaza bilər.

286
Teqlər:
evli, subay, tanışlıq, Facebook, qadağa
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

15
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

15
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar