Xilasedicilər Viktoriya gölündən batmış adamın meyitini sudan çıxarırlar

Dəhşətli faciədə yüzlərlə adam öldü

273
(Yenilənib 22:29 21.09.2018)
Məlumata görə, daha 200-dən çox sərnişin itkin düşüb

BAKI, 21 sentyabr — Sputnik. Tanzaniyada yerləşən Viktoriya gölündə baş verən fəlakət nəticəsində 136 nəfər həlak olub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, içində 300-dən çox sərnişin olan bərə sahildən bir neçə metr aralıda çevrilib. Hadisə sentyabrın 21-nə keçən gecə baş verib. Məlumata görə, daha 200-dən çox sərnişin itkin düşüb. Sərnişinlərin dəqiq sayı məlum deyil, amma bərənin həddən artıq yükləndiyi qeyd olunur.

İtkin düşənlərin sağ qalmasına ümid yoxdur.

Xatırladaq ki, 1996-cı ildə də həmin göldə bərə batıb. O zaman faciənin qurbanı 500 nəfər olmuşdu.

273
Teqlər:
batma, faciə, bərə, Viktoriya gölü, Tanzaniya