İstefa ərizəsi yazan adam

Azərbaycanda yüksək vəzifəli şəxs istefa verdi

3243
(Yenilənib 14:33 21.09.2018)
Hələlik həmin vəzifəyə kimin təyin ediləcəyi bilinmir

BAKI, 21 sentyabr — Sputnik. Mәrkәzi Neftçilәr Xәstәxanasının (MNX) baş direktoru Hikmәt Hәsәnov işdәn çıxıb. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinbin mətbuat xidmətindən məlumat verilib.

Bakı Sağlamlıq Mərkəzinin baş həkimi Hikmət Həsənov
© Photo : Xalqxeber
Bakı Sağlamlıq Mərkəzinin baş həkimi Hikmət Həsənov

Bildirilib ki, o, öz xahişi ilə işdən azad edilib. Hələlik bu vəzifəyə kimin təyin ediləcəyi bilinmir.

Qeyd edək ki, H.Həsənov cari ilin fevralında MNX-nın baş direktoru vəzifəsinə tәyin edilmişdi.

3243
Teqlər:
Hikmәt Hәsәnov, MNX, Mәrkәzi Neftçilәr Xәstәxanası, baş direktor, vəzifə
Əlaqədar
Üç nazir istefaya göndərildi
Qonşuluğumuzda hökumət başçısı və hökumət istefaya getdi
Azərbaycan hərbçiləri Kəlbəcərdə, arxiv şəkli

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

9
(Yenilənib 09:51 28.11.2020)
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də erməni işğalından azad edilib.

BAKI, 28 noyabr - Sputnik. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Həmin möhtəşəm kadrları təqdim edirik.

9
Teqlər:
Azərbaycan bayrağı, Müdafiə Nazirliyi, Üçtərəfli bəyanat, Kəlbəcərin azad olunması
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

7
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

7
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi