London

Britaniya Rusiyaya qarşı hücum planı hazırlayır, yaxın vaxtda qərar veriləcək

95
(Yenilənib 14:23 21.09.2018)
Kiber qoşunlarının sayının artırılmasına Böyük Britaniya, təxminən, 250 milyon funt-sterlinq ayıracaq

BAKI, 21 sentyabr — Sputnik. Rəsmi London Böyük Britaniyaya zərər vurmaq istəyən ölkələri "dayandırmaq" üçün "hücum" kiber qoşunlarının sayını praktiki olaraq dörd dəfə artırmaq niyyətindədir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Sky News" telekanalı öz mənbələrinə istinadən xəbər verir.

Məlumata əsasən, yeni "hücum" kiber qoşunlarına 2 minə qədər mütəxəsis cəlb oluna bilər. Böyük Britaniya bu qərarı Rusiya tərəfindən kiber təhdidlərin artması ilə izah edib. Hökumətin kiber qoşunların genişləndirilməsi barədə xəbəri yaxın vaxtda elan edəcəyi gözlənilir.

Telekanalın mənbəsi əlavə edib ki, kiber qoşunlarının sayının artırılmasına Böyük Britaniya, təxminən, 250 milyon funt-sterlinq ayıracaq. Digər mənbə isə hökumətin bu layihəyə daha çox vəsait yatıracağını bildirib.

Qeyd edək ki, daha əvvəl Britaniya parlamentinin Konservatorlar palatasından olan üzvü Bob Sili bəyan etmişdi ki, Rusiya öz düşmənlərinə qarşı təbliğat alətləri və haker hücumlarından istifadə edir.

95
Teqlər:
kiber qoşunlar, London, Böyük britaniya
Əlaqədar
Yeni kiber ordu: 500 hakerlə müqavilə imzalandı
Ekspert: “Azərbaycan kiber hücumlardan yetərincə qorunmayıb”
"Artsax kiber ordusu" Azərbaycan səfirliklərinə hücum edib
Rusiyalı hakerlər Pentaqona kiber hücum ediblər
Pyotr Velikiy ağır atom raket kreyseri, arxiv şəkli

Qərb onu əsas təhdid sayır: Rusiya donanmasının flaqmanı dəyişir

5
Modernləşdirməyə qədər “Admiral Naximov” kreyseri “Fort” S-300F uzun mənzilli hava müdafiə sistemi ilə təchiz olunmuşdu, indi isə gəmidə hərbi-dəniz müdafiəsinin daha təkmil variantı olan S-400 kompleksi qurulacaq.

BAKI, 15 yanvar — Sputnik, Andrey Kots. Yeni raketlər, müasir gövdə avadanlıqları, misilsiz döyüş imkanları – Rusiya Hərbi Dəniz Qüvvələrinin flaqmanı mövqeyində "Pyotr Velikiy" kreyserinin yerini 1144 "Orlan" layihəsinin "Admiral Naximov" ağır nüvə raket kreyseri tutacaq. Bunun 2022-ci ildə baş verəcəyi gözlənilir. Modernləşdirilmiş gəminin donanmanı necə gücləndirəcəyi haqqında - RİA Novosti-nin növbəti materialında.

Birinci dərəcəli gəmilər

1144 "Orlan" layihəsinin kreyserləri təyyarə gəmilərindən sonra dünyanın ən böyük hərbi gəmiləri hesab olunur. Tonnajı – 25,8 min ton, uzunluğu - 250 metr, eni - 28,5 metrdir, heyəti - 760 nəfərdən ibarətdir.

Rusiyanın bu tipli iki vımpeli var – onlardan ikincisi olan "Pyotr Velikiy" Şimal donanmasının tərkibində fəaliyyət göstərir, lakin "Naximov" işə başlayan kimi modernləşdirməyə göndəriləcək. Hər iki kreyser, necə deyərlər, təpədən dırnağa kimi silahlanmış və istənilən hədəfi məhv etməyə qadir ağır nüvə gəmiləridir.

Standart dəstə – "Qranit" 20 P-700 gəmi əleyhinə raketləri, "Osa-M" zenit raket kompleksləri, "Kinjal" və uzaq mənzilli "Fort" S-300F raketləri, "Metel" və "Vodopad" sualtı raket-torpedaları, reaktiv bomba atanlar və avtomatik cüt lüləli AK-130 topu daxildir.

Hərəkət məsafəsi praktik olaraq məhdudlaşmayıb. Kreyserlər Uzaq Şimal şəraitində işləməyə qadirdir və Rusiyanın Arktika bölgəsindəki hərbi mövcudluğunu təmin edə bilər; bir çox analitiklər bu ərazinin yaxın gələcəkdə təbii ehtiyatlar uğrinda potensial döyüş sahəsinə çevriləcəyini istisna etmir.

Bununla belə, gəmilər tədricən köhnəlməyə başlayır. Əgər ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində "Orlan"lar istənilən düşmənə müqavimət göstərə bilirdisə, indi vəziyyət dəyişib. Rusiya Müdafiə Nazirliyi birinci dərəcəli iri hərbi gəmilərin inşası ilə bağlı çətinliklərin olduğunu nəzərə alaraq, mövcud kreyserlərin modernləşdirilməsini, xüsusən də, onların yeni silahlarla təchizatını daha məqsədəuyğun hesab edir.

Hava Hücumundan Müdafiə platforması

"Admiral Naximov" 1999-cu ildə təmirə göndərilib, ancaq faktiki olaraq, kreyser üzərində işə yalnız 2013-cü ildə, nəhayət, müdafiəyə sahəsinə ciddi şəkildə vəsait ayrılandan sonra başlanılıb. Modernləşdirmə işlərinin 2018-ci ilə kimi başa çatdırılması nəzərdə tutulsa da, bu tarix bir neçə dəfə irəli çəkilib. Hələ ötən ilin may ayında Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçko məlumat vermişdi ki, ağır kreyser "Zirkon" hipersəsli raketləri ilə təchiz olunacaq ilk hərbi gəmilərdən biridir. Həmin raketlər hədəfə doğru səs sürətindən doqquz dəfə daha böyük sürətlə uçur ki, bu da onları istənilən hava hücumundan müdafiə sistemi üçün toxunulmaz edir. Mənzili 1000 kilometrə yaxındır. Beləliklə, "Zirkon" Amerikanın "Harpun" səsə qədər sürətə malik (130 kilometr mənzilli) gəmi əleyhinə raketlərini praktiki olaraq üstələyir.

"Orlan"lar hər zaman güclü hava hücumundan müdafiə sisteminə görə fərqləniblər. Modernləşdirməyə qədər "Naximov" kreyseri "Fort" S-300F uzun mənzilli hava müdafiə sistemi ilə təchiz olunmuşdu, indi isə gəmidə hərbi-dəniz müdafiəsinin daha təkmil variantı olan S-400 kompleksi qurulacaq.

Müxtəlif növ zenit hərbi sursatları ilə atəşə açan bu kompleks gizli təyyarələri və digər hava hədəflərini, o cümlədən qanadlı və ballistik raketləri tutmağa qadirdir.

40N6 raketi 400 kilometrə qədər məsafədəki obyektləri vura bilir. "Admiral Naximov" gəmisinə 96 ədəd S-400 zenit raket kompleksi buraxılış şaxtasının yerləşdiriləcəyi güman edilir ki, bu da onun bütün dünyada hava hücumundan ən yaxşı qorunan gəmi olmasına gətirib çıxaracaq.

80 oyuq

Bundan başqa, "Kortik" yaxın zonalı hava hücumundan müdafiə sistemi daha müasir "Pantsir-ME", "Osa-M" zenit raketləri isə yeni "Redut" sistemləri ilə əvəz olunacaq.

Bununla belə, modernləşmə müəyyən qədər hücum komplekslərini də əhatə edəcək. "Admiral Naximov" "Zirkon"larla yanaşı, gəmi əleyhinə P-800 raketləri, "Oniks" və 2500 kilometrə qədər mənzilli "Kalibr" qanadlı raketlərlə silahlandırılıcaq. Onların hamısı 80 oyuqlu 3 S14 şaquli buraxılış qurğusundan atılacaq. Bu qurğunu gəmiyə montaj etmək üçün P-700 "Qranit" kompleksinin gəmidən çıxarılması lazım gəlir.

Kreyserin sualtı silahlardan müdafiə sistemi də yenilənəcək. "Admiral Naximov" qısa məsafələrdə torpedalar və sualtı qayıqlardan qoruyan "Paket-NK" kompleksi ilə də təchiz olunacaq. Bu sistemdə iki tip hərbi sursat var: MTT istilik torpedaları və M-15 reaktiv torpeda əleyhinə silahlar.

Birincisi, sualtı qayıqları 600 metrə qədər dərinlikdə 20 kilometrə qədər məsafədə vura bilir, ikincisi isə gəmiyə 1,4 kilometrə qədər və 800 metrədək dərinlikdə hücum edən torpedaları dəf etmək qabiliyyətinə malikdir.

"Paket-NK" kompleksi maksimum dərəcədə avtomatlaşdırılıb, hədəfi müstəqil olaraq aşkarlayır və təsnif edir, hərəkət parametrlərini müəyyənləşdirir, torpeda və ya torpeda əleyhinə hədəf təyinatını verir. Hər iki döyüş sursatı kifayət qədər sürətlidir – 50 dəniz mili (saatda 92 kilometr).

Aydın məsələdir ki, kreyserin elektron "içliyi" ən müasirləri ilə əvəz ediləcək və bu da gəmi heyətinin vəziyyət barədə məlumatlandırılmasını ciddi şəkildə artıracaq, eləcə də təyyarə silahlarından istifadə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Bununla yanaşı, kreyser inkişaf etmiş rabitə və naviqasiya, elektron döyüş sistemləri və üç təkmilləşdirilmiş "Ka-27M" göyərtə helikopterlərindən ibarət hava sistemi ilə təmin ediləcək. Bütün bu vasitələr ekipajın potensial düşmən sualtı qayıqlarını aşkar etməsini xeyli asanlaşdıracaq.

5
XİN-nin binası, arxiv şəkli

XİN: Azərbaycanla UNESCO arasındakı dialoqa üçüncü tərəf müdaxilə edə bilməz

2
(Yenilənib 23:46 15.01.2021)
XİN: Son onilliklər ərzində Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə maneçilik törədib

BAKI, 15 yanvar - Sputnik. Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin Azərbaycan Respublikası Prezidentinin ICESCO Baş direktoru ilə görüşü zamanı çıxışına dair bəyanatını şərh edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildiriblər ki, Leyla Abdullayeva şərhində bildirib: “Azərbaycan Respublikasının Prezidenti bu il yanvarın 13-də ICESCO-nun Baş katibi ilə keçirdiyi görüş zamanı çıxışında ölkəmizin işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən onilliklər ərzində həyata keçirilən, Azərbaycanın tarixi, maddi-mədəni irsinin məhv edilməsinə hədəflənən məqsədyönlü siyasəti növbəti dəfə ifşa etdi.

Bu ərazilərdə Azərbaycan xalqına məxsus hər bir şeyi məhv edərək, azərbaycanlıların öz evlərinə geri qayıtmasına imkan verməmək məqsədini güdən Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında qalan ərazilərdə tarixi, mədəni və dini abidələrin dağıdılması, talan edilməsi, onların mənşəyinin dəyişdirilməsi istiqamətində fəaliyyət hərbi cinayətlərə bərabərdir. Əlbəttə, bu cinayətlərə görə Ermənistan məsuliyyət daşıyır və beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir.

Qədim erməni dini və dünyəvi abidələrinə gəldikdə, Qafqaz etnoslarına aid olmayan və Qafqaza kütləvi şəkildə XIX əsrdə köçürülən ermənilərin bu kimi abidələri bəlkə də haradasa mövcuddur. Bizim bölgəyə aidiyyəti olmadığı üçün bu məsələni şərh etməzdim.

O ki, qaldı Ermənistan XİN-in guya Azərbaycanın beynəlxalq təşkilatların, xüsusilə də UNESCO-nun əraziyə səfər etməyə icazə verməməsinə dair əsassız ittihamlarına, Ermənistan XİN-in yadına salırıq ki, son onilliklər ərzində məhz Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsinə maneçilik törədib. Bu fakt hətta UNESCO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında aydın şəkildə əks olunub. Belə ki, hesabatda Azərbaycan hökumətinin Dağlıq Qarabağ və işğal olunmuş digər ətraf ərazilərdə mədəni irsin mühafizəsi ilə bağlı narahatlığını ifadə edərək bu ərazilərə fakt araşdırma missiyasının göndərilməsi müraciəti etdiyi, lakin Ermənistanın hərbi işğalı səbəbindən bu missiyanın həyata keçirilməsinin mümkün olmadığı göstərilir.

Azərbaycan tərəfi UNESCO missiyasının təşkili ilə bağlı cavabını qarşı tərəfin diqqətinə çatdırıb. Ümumiyyətlə, Azərbaycanla UNESCO arasındakı dialoq prosesinə heç bir üçüncü tərəf müdaxilə edə bilməz.

Əminik ki, UNESCO/ICESCO missiyası Ermənistanın 30 illik işğal dövründə törətdiyi vandalizm əməllərini obyektiv əsaslarla və real faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün əlverişli imkan olacaqdır.

Azərbaycan multikultural ölkədir və Qarabağdakı bütün müsəlman və xristian-alban abidələri Azərbaycan xalqının tarixi, mədəni və dini irsinə məxsusdur. Azərbaycan ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur. Ölkəmizin zəngin irsinin mühafizəsi bundan sonra da yüksək səviyyədə təmin ediləcək, o cümlədən işğaldan azad olunmuş ərazilərdəki abidələrin bərpası, təmiri və yenidən qurulması işləri həyata keçiriləcək.

2