Öpüşən gənc cütlük, arxiv şəkli

Seks: neçənci görüşdə?

1238
(Yenilənib 01:09 21.09.2018)
Partnyorlar bir-birinə dərhal qiymət vermək imkanına sahib olmuş olur

BAKI, 21 sentyabr — Sputnik. Alimlər neçənci görüşdə sevişməyin lazım olduğunu müəyyən edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu o qədər də asan olmayıb.

Bu hərarətli sual Harvard universiteti və Britaniya alimləri arasında fikir ayrılığına səbəb olub. Amerikalıların fikrincə, sekslə elə ilk tanışlıqdan dərhal sonra məşğul olmaq lazımdır. Belə olan təqdirdə münasibətin uzunömürlü və ya qısa olduğuna qərar vermək mümkün olur. Partnyorlar bir-birinə dərhal qiymət vermək imkanına sahib olmuş olur.

İngilislər isə bu açıqlama ilə kökündən razı deyil. Məsələn riyaziyyatçı Robert Seymur hesab edir ki, insanlar heyvanların davranışlarından örnək götürə bilərlər. Vəhşi təbiətdə onlar arasında uzun müddət partnyorunun qayğısına qalan cütlüklər var. Bu münasibətləri möhkəmlənidirir.

Riyaziyyatçı eyni zamanda iddia edir ki, ilk görüşdə seksə “yox” deyənlərin əsl məhəbbətini tapmaq və ailə qurmaq şansı daha çox olur.

Rusiya alimlərinin fikrincə isə intim yaxınlıq 10-cu görüşdən tez olmamalıdır. Bu müddət ərzində sevgililər öz hisslərini müəyyən edə və partnyorunun ona necə münasibət bəslədiyini müəyyən edə bilir.

Yeri gəlmişkən, qeyd edək ki, Roma papası Fransisk seksuallığı və seksi "ilahi vergi" adlandırıb. Onun sözlərinə görə, yeni həyatın doğulması məhz seksdən başlayır. Pontifik insanları seksuallığı qorumağa və bir-birini sevməyə çağırır.

1238
Teqlər:
araşdırma, vaxt, görüş, seks
Mazda CX-30

"Mazda" şirkəti CX-30 modelini elektromobilə çevirib

3
(Yenilənib 23:03 21.04.2021)
Yeni avtomobil "Changan Automobile" və "Mazda Motor"un birgə müəssisəsində yığılacaq. Onun satışına ilin ikinci yarısında başlanacaq.

BAKI, 21 aprel — Sputnik. "Mazda" şirkəti Şanxaydakı avtomobil sərgisində CX-30 modelinin elektrik mühərrikli variantını - CX-30 EV versiyasını nümayiş etdirib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, daxili yanma mühərriki əvəzinə e-SkyActiv tipli elektrik mühərriki ilə təchiz olunmuş yeni model tanınmış yapon markasının Çin bazarına təqdim olunmuş ilk elektrokarıdır.

Elektrik mühərrikli CX-30 şirkətin ilk kütləvi istehsal olunan Mazda MX-30 elektrokarı ilə eyni SVA (SkyActiv Vehicle Architecture) platforması əsasında qurulub. Hələ ki şirkət "yaşıl" krossoverin mühərriki barədə məlumatı açıqlamayıb. Lakin yəqin ki, onda da MX-30 modeli ilə yeni mühərrikdən istifadə olunacaq.

143 at gücündə olan elektrik mühərriki həcmi 35,5 kilovatt/saat olan və həm sabit, həm də dəyişən cərəyan şəbəkəsindən doldurula bilən litium-ion batareyasından qidalanır.

Lakin bu batareya birbaşa cəmi 200 km məsafə qət etmək üçün bəs edir. "Mazda"nın mütəxəssisləri avtomobili qəsdən kiçik batareya ilə təchiz etdiklərini bildiriblər. Belə ki, daha iri batareyalar ətraf mühitə ciddi ziyan vurur.

Qeyd olunur ki, yeni CX-30 EV öz yanacaqla işləyən sələfindən təkcə mühərriki ilə fərqlənmir. Belə ki, krossoverin zahiri görünüşündə də dəyişikliklər baş verib. Avtomobilin banı bir qədər daha hündürdə durur, qabaq bamperdə əlavə "dodaq", ayaqaltılar və təkər kəsiklərinin daha da relyefli olması krossoveri bir az da cazibədar edir.

Mazda CX-30 EV bu şirkətin Çin bazarna təklif olunan ilk elektrokarıdır. Yeni avtomobil "Changan Automobile" və "Mazda Motor"un birgə müəssisəsində yığılacaq. Onun satışına isə cari ilin ikinci yarısında başlanacaq.

3
Məhkəmə zalı, arxiv şəkli

Seren Serengil verdiyi reklam vədinə əməl etmədi: Təzminat işi açıldı

3
(Yenilənib 22:59 21.04.2021)
Razılaşmaya əsasən, aparıcıya ödənişsiz olaraq saç, qaş əkmə və üz baxımı kimi prossedurlar tətbiq edilib. Bunun qarşılığında isə Serengil bunları və şirkətin adını sosial şəbəkə hesabında paylaşmalı idi.

BAKI, 21 aprel — Sputnik. Aparıcı Seren Serengil məhkəməyə verilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl Seren "Hairworld İstanbul" adlı sağlamlıq şirkəti ilə müqavilə imzalayıb.

Razılaşmaya əsasən, aparıcıya ödənişsiz olaraq saç, qaş əkmə və üz baxımı kimi prossedurlar tətbiq edilib. Bunun qarşılığında isə Serengil bunları və şirkətin adını sosial şəbəkə hesabında paylaşmalı idi. Lakin aparıcı müqavilənin şərtlərinə əməl etməyib.

Buna görə də sözügedən şirkət Sereni məhkəməyə verərək ondan 11 min avro (22 min 490 manat) təzminat tələb edib.

3