Məsafədən idarə etmə pultu, arxiv şəkli

Pultlar da radiasiya yayırmış!

81
(Yenilənib 04:54 21.09.2018)
İş yerində uzun müddət kompüter qarşısında vaxt keçirdikdən sonra evə qayıdan zaman televizora baxmayın

BAKI, 20 sentyabr — Sputnik. Mobil telefonların beyinə zərər verməsi, xərçəngə səbəb olması barədə dəfələrlə eşitmişik. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, pultlar da mobil telefonlar qədər təhlükəlidir.

Məlumata görə, mobil telefonlar radiasiya yayır və bədənimizdə əks təsirlər göstərir. Ancaq səbəb olduğu xəstəliklərlə bağlı hələ ki, sübut edilmiş fakt yoxdur.

Mütəxəssislər hesab edir ki, televizor, mikrodalğalı soba, soyuducu pultunda da eyni dərəcədə radiasiya var.

Dünyada radiasiya yayan cihazların araşdrılması istiqamətindən işlər davam edir. Amma mütəxəssislər elektron cihazların sağlamlığa vurduğu zərərlər sübut olunmasa belə, ehtiyatlı olmağı məsləhət görür.

Mobil telefonla danışdığınız zaman qulaqcıqdan istifadə edin. Mobil telefonda siqnal qurmusunuzsa, telefonunuz təyyarə moduna qoyun. Mobil telefonları bədəninizdən uzaq tutun. İş yerində uzun müddət kompüter qarşısında vaxt keçirdikdən sonra evə qayıdan zaman televizora baxmayın. Gəzin, kitab oxuyun. İmkan tapdıqca dəniz kənarına və ya meşəyə gedin.

81
Teqlər:
pult, radiasiya, mobil telefon, xərçəng, xəstəlik
 Xəstəxana, arxiv şəkli

Gəncədə yaralanan gənclərdən biri həyatını itirdi

21
Gəncədə avtomobilin quyuya aşması nəticəsində yaralananların şəxsiyyəti məlum olub. Onlardan biri xəstəxanada keçinib

BAKI, 25 may - Sputnik. Gəncədə “VAZ 2106” markalı avtomobilin quyuya düşməsi nəticəsində yaralanan şəxslərdən biri dünyasını dəyişib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Gəncənin Atabəylər prospektində hərəkətdə olan “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında qazılmış 9 metr dərinliyində olan quyuya düşüb. Nəticədə 1985-ci il təvəllüdlü Rəcəbov Fuad Kamran oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elmir Etibar oğlu ağır xəsarətlər alıblar. 

Məlumata görə, Rəcəbov Fuad Kamran oğlu xəstəxanada vəfat edib.

21
Əlaqədar
Bayram günü dəhşətli qəza: Avtomobil iki hissəyə bölündü
Ramazan şirniyyatı qismət olmadı: Mingəçevirdəki qəzanın təfərrüatı
Mingəçevirdə qəzaya düşən uşaqlardan biri Bakıya gətirildi
Gəncədə maşın quyuya düşüb: yaralılar var

Simptomsuz koronavirusu necə təyin etmək olar?

17
Mayın 25-də “Rospotrebnadzor”un rəhbəri Anna Popova qeyd etmişdi ki, indi insanlar koronavirus səbəbindən “yeni normal şərtlərə” uyğun yaşamağa alışmalıdırlar

BAKI, 25 may - Sputnik. Koronavirusu heç bir əlamət olmadan keçirən xəstələrdə onu yalnız və yalnız analizlər vasitəsilə təyin etmək mümkündür.

Sputnik Azərbaycan bildirir ki, bunu tibb elmləri doktoru, pulmonoloq Aleksandr Karabinenko “Zvezda” telekanalına müsahibəsində deyib.

O izah edib ki, insanın koronavirus infeksiyasına yoluxmasını onun orqanizmindəki müvafiq anticisimlərlə təyin etmək mümkündür. Yəni xəstəliyi simptomsuz keçirənlərə xarici görünüşünə baxıb diaqnoz qoymaq heç cür mümkün deyil, həkim deyib.

Mayın 25-də “Rospotrebnadzor”un rəhbəri Anna Popova qeyd etmişdi ki, indi insanlar koronavirus səbəbindən “yeni normal şərtlərə” uyğun yaşamağa alışmalıdırlar: “Tamamilə aydındır ki, virus getməyə hazırlaşmır. Ancaq biz artıq çox şey bacarırıq, çox şeyi öyrəndik, yəni bu müddət ərzində bu virusla yaşamağı da öyrəndik”.

17
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
İkinci mərhələ başlayır: Koronavirus əleyhinə peyvəndin bir addımlığında
Azərbaycanın dostu olduğu ölkə koronavirusa qalib gəldiyini elan etdi
Koronavirusun fəsadlarının dərmanı dənizdən “çıxdı”
Lavrov: "Koronavirus beynəlxalq münasibətlərin yaxşılaşmasına kömək edə bilər"
Biz indi koronavirus dalğasının harasındayıq?