Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı əmr imzalandı - Yeni təyinat

© Sputnik / Murad OrujovЗдание Исполнительной власти города Баку
Здание Исполнительной власти города Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Keçmiş Aparat rəhbəri Rasim Quliyev vəzifəsindən azad edilərək, Xarici əlaqlər departamentinə sədr təyin edilib. Onun yerinə isə Həbibullayev Elgin Şirin oğlu təyin edilib

BAKI, 20 sentyabr — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətinə yeni Aparat rəhbəri təyin edilib. Bu barədə Sputnik Azərbaycan-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçmiş Aparat rəhbəri Rasim Quliyev vəzifəsindən azad edilərək, Xarici əlaqlər departamentinə sədr təyin edilib. Onun yerinə isə Həbibullayev Elgin Şirin oğlu təyin edilib.

© © Courtesy of Baku City Executive PowerBakı Şəhər İcra Hakimiyyətinə yeni Aparat rəhbəri Elgin Həbibullayev
Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı əmr imzalandı - Yeni təyinat - Sputnik Azərbaycan
Bakı Şəhər İcra Hakimiyyətinə yeni Aparat rəhbəri Elgin Həbibullayev

Xatırladaq ki, BŞİH başçısının birinci müavini Eldar Əzizovun əmri ilə BŞİH Aparatının rəhbəri Rasim Quliyev tutduğu vəzifədən azad olunub. R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Xalq hərəkatının fəal iştirakçısı, mərhum prezident Heydər Əliyevin qatı tərəfdarlarından olub.

O, BŞİH-nin keçmiş başçısı Hacıbala Abutalıbovun əmri ilə öncə meriyanın ərazi idarəetmə şöbəsinin müdiri, daha sonra Aparat rəhbəri təyin edilib.

E.Həbibullayevə gəlincə, o, Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi dövrdə başçının köməkçisi olub. Eldar Əzizov 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçı təyin olunan zaman Həbibullayevi özünə köməkçi, sonra isə müavin təyin edib. O, Eldar Əzizovun əsas kadrlarından hesab olunur.

Xəbər lenti
0