Portfel

Dövlət qulluqçusu olmaq istəyənləri növbəti sınaq gözləyir

71
(Yenilənib 15:55 20.09.2018)
Sınaq imtahanında təkrar test tapşırıqlarından istifadə ediləcək

BAKI, 20 sentyabr — Sputnik. Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün sınaq imtahanına qeydiyyat davam edir. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, DİM-də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçirəcək. 

Sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 22 sentyabr tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat 22 sentyabr tarixində saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında "Şəxsi kabinet"lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. "Şəxsi kabinet"də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. "Şəxsi kabinet" yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

Sınaq imtahanında təkrar test tapşırıqlarından istifadə ediləcək.

71
Teqlər:
sınaq imtahanı, dövlət qulluğu, Dövlət İmtahan Mərkəzi
Əlaqədar
Dövlət qulluqçusu olmaq istəyənlərin gözlədiyi xəbər açıqlandı
Dövlət qulluqçusu olmaq istəyənlərə vacib xəbər
Dövlət qulluqçusu olmaq istəyənlərin diqqətinə
Deputat köməkçilərə dövlət qulluqçusu statusu verilməsini təklif edib
Hökumət AMEA işçilərinə dövlət qulluqçusu statusu verməkdən vaz keçib