Azərbaycan idmançılarının üzərindən ağır yük götürüldü

© Sputnik / Tarana KhudabakhshiyevaBeynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Tamaş Ayanın Bakıda təşkil etdiyi mətbuat konfransı
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Tamaş Ayanın Bakıda təşkil etdiyi mətbuat konfransı - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan idmançıları Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edə biləcəklər

BAKI, 20 sentyabr — Sputnik. Bu gün Bakıda Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti (IWF) Tamaş Ayanının mətbuat konfransı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, T.Ayan əvvəlcə konfrans iştirakçıları ilə ölkəmizlə və ağır atletlərimizlə bağlı təəssüratlarını bölüşüb: "Bakıda olmaqdan çox şadam. Azərbaycan mənim üçün çox yaxın və əziz ölkədir. Azərbaycanı çox bəyənir və sevirəm. Ən yaxşı milli federasiya rəhbərlərindən biri Cahangir Əsgərovdur. Onun bu istiqamətdə gördüyü işlər fantastikdir. Vitse-prezident Tofiq Heydərov, baş katib Rizvan Rəsulov və digərlərinin gördükləri işlər çox dəyərləndirirəm".

Dopinq. İllüstrasiya - Sputnik Azərbaycan
İDMAN
Azərbaycanla Dünya Ağır Atletika Federasiyası arasında dopinq qalmaqalı davam edir

Daha sonra o, Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərovla ağırlıqqaldırma ilə bağlı məsələləri müzakirə etdiklərini bildirib: "Keçən illərdə ağırlıqqaldırma idman növü ciddi problemlərlə üzləşib. Bakıya səfərim qısamüddətlidir. Azərbaycan xalqı ağırlıqqaldırma idman növünü sevir. Statistikaya nəzər salsaq, görərik ki, Azərbaycan idmançıları ağır atletika idman növündə kifayət qədər yaxşı nəticələr əldə ediblər".

"Qeyd etməliyəm ki, 9 iyun 2017-ci ildə Beynəlxalq Ağır Atletika Federasiyası çox ciddi qərarlar qəbul edib. 2008 və 2012-ci il Yay Olimpiya Oyunlarında iştirak edən bir sıra ağırlıqqaldıranlardan götürülmüş nümunələr müsbət nəticə verməyib və cəzalar tətbiq olunub. Bu, bizim üçün yaxşı dərs oldu. Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax mənə zəng edərək bildirdi ki, məsələ çox ciddi hal alıb və bunun qarşısı alınmasa, ağırlıqqaldırma olimpiadanın proqramından çıxarıla bilər. Onun belə reaksiyasını anladım" — deyə T.Ayan qeyd edib.

O vurğulayıb ki, idmançıların qadağan olunmuş maddələr qəbul etməməsi üçün çalışmalıdırlar: "52 ildir bu sahədə çalışıram və məqsədim ağır atletika idman növünün inkişafıdır. Dopinq bütün idman növlərinin bəlasıdır, eyni zamanda ağır atletikaya da təsirsiz ötüşmür. Çalışırıq ki, var gücümüzlə bununla mübarizə aparaq. Dopinqlə mübarizə üçün iki — Təmiz İdman Komissiyası və İdman Proqramı Komissiyası təsis etdim. Bu istiqamətdə görülən işlər nəticə verməlidir, əks halda ağırlıqqaldırmanın növbəti Yay Olimpiya Oyunlarında mövcudluğu şübhə altına düşəcəkdi".

Federasiya prezidenti Azərbaycanın 1 illik cəza alan 9 ölkə siyahısında olmasından təəssüfləndiyini də dilə gətirib: "Elə ölkə var ki, oradan qan nümunəsi çıxartmaq olmaz. Bu da ümumi işə mənfi təsir edir. Qan nümunələrinin analizi beynəlxalq səviyyədə təsdiq olunmuş laboratoriyalarda aparıla bilər. Hər 4 aydan bir idmançılar üçün dopinq barədə maarifləndirmə görüşləri təşkil edilməlidir ki, dopinq məsələsi birdəfəlik yox olsun. Ölkələrdəki dopinq agentlikləri ilə də sıx əlaqədəyik".

"Bütün bu sadaladığım meyarlara ilk əməl edən ölkələrdən biri Azərbaycandır. Bildirimişdik ki, cəzaya məruz qalan ölkələr meyarlara vaxtında əməl etsələr, onların 1 illik diskvalifikasiyasının müddəti azaldıla bilər" — T.Ayan vurğulayıb.

O əlavə edib ki, Azərbaycan onlar üçün çox yaxşı tərəfdaşdır: "İyunun 11-də Təmiz İdman Komissiyası mənə hesabat verdi ki, Azərbaycan meyarlara tam əməl edib. Ona görə də bu ölkənin yenidən beynəlxalq yarışlara qatılmasına icazə verilməsinə qərar verdik. Və beləliklə, Azərbaycan cəzası yüngülləşdirilənlər arasında ilk ölkə oldu. Azərbaycan idmançıları Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edə biləcəklər. Bu, müştərək əməyin nəticəsidir".

Konfransın sonunda Tamaş Ayan jurnalistləri Ağır Atletika Federasiyasının fəaliyyətinin işıqlandırılmasında daha aktiv olmağa səsləyib: "Jurnalistlər bizimlə sıx əməkdaşlıq etsələr, çox sevinərik və beynəlxalq yarışlara dəvət edərik".

Xəbər lenti
0