Dövlət Təhlükəsizliyi Xidməti

Dövlət Təhlükəsizliyi Xidməti arxivləri açdı, məxfi müdhiş sənədlər yayıldı

18140
(Yenilənib 13:04 20.09.2018)
Erməni terrorçu-daşnak qüvvələri faşizmin xidmətində: arxiv sənədləri və materialları əsasında

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) erməni daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv sənədlərini yayıb. Sputnik Azərbaycan DTX-nın rəsmi saytına istinadən xəbər verir ki, arxivlərdə saxlanılan sənədli materialların bir qisminin üzərindən məxfiliyi götürülüb. Məlumatı olduğu kimi təqdim edirik:

1813-cü ildə Gülüstan, 1828-ci ildə isə Türkmənçay müqavilələrinin imzalanması ilə Azərbaycanın tarixi və əzəli torpaqlarının bölünməsi başa çatmadı, əksinə ərazilərimizin zorən qoparılması prosesi düşmən qüvvələrin himayəsi, təhriki və bilavasitə iştirakı ilə ardıcıl xarakter aldı və davam etdi. Bir çox qonşu ölkələrdə yaşayan ermənilərin məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürülməsinə başlandı və azərbaycanlıların dədə-baba yurdlarında "erməni vilayəti" adlandırılan qondarma inzibati ərazi bölgüsü yaradıldı.

Daha sonra isə "böyük Ermənistan" xülyası təbliğ olunmağa başlanıldı və bu məqsədlə kökündə vəhşət və terrorun dayandığı müxtəlif erməni təşkilatları meydana çıxdı. Bununla da erməni-daşnak qüvvələrinin Azərbaycan xalqının məhv edilməsi və onun torpaqlarının qəsb olunması istiqamətində daha məkrli və məqsədyönlü siyasətinin bünövrəsi qoyuldu.

Müasir Ermənistanda terrorculuq və faşizm ideologiyası dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə cevrilib. Bu ideologiya bünövrədən qonşu dovlətlərə əsassız ərazi iddialarının, azərbaycanlılara, türklərə və digər xalqlara qarşı etnik təmizləmə siyasətinin başlıca xəttini təşkil edir. Erməni terrorçu-daşnak qüvvələri hər zaman oz məkrli hədəflərinə çatmaq üçün ən çirkin üsullardan istifadə edib, hətta tarixi Azərbaycan torpaqlarında onların köçürülməsinə rəvac vermiş, himayə etmiş çar və sovet Rusiyasına qarşı çıxmaqdan belə, çəkinməyiblər.

İkinci Dünya Müharibəsində faşistlərin silahlı birləşmələrinin tərkibində erməni cəlladlarının törətdikləri vəhşiliklər barədə tutarlı sübutlar incələndikcə bu dəhşətlərin nəticələri vahimə yaradır. Bu gün Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, şovinizm, ekstremizm, hərbi təcavüz, qəsbkarlıq hər zaman ən ifrat formada təbliğ və təşviq olunur, gənc nəsil qonşu xalqlara nifrət və dözümsüzlük ruhunda tərbiyə edilir, insanlığa qarşı cinayətlər törətmiş ermənilərin "qəhrəman" obrazının aşılanması, onlara abidə qoymaqla faşizm "vətənpərvərlik" əmsalı kimi ictimai şüura təlqin edilir.

Azərbaycan Respublikası Dovlət Təhlukəsizliyi Xidmətinin arxivlərində saxlanılan sənədli materialların araşdırılması zamanı erməni terrorçu-daşnak qüvvələrinin, o cümlədən terrorizm ideologiyasının daşıyıcısı olan "Dasnaksutyun" partiyasının, habelə İkinci Dunya Müharibəsi illərində bəşəriyyətə qarşı cinayətlərdə xüsusi amansızlıqla fərqlənmiş erməni milliyyətindən olan şəxslərin qəddar əməlləri çoxsaylı faktlarla təsdiqini tapıb.

Bu arxivlərdəki sənədli materialların mütərəqqi dünyanın terrordan və faşizmin fəsadlarından qorunması baxımından elmi-tarixi əhəmiyyətini, Ermənistanın Azərbaycana qarşı yeritdiyi qəsbkarlıq və hərbi təcavüz siyasətinin nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılmasının xususi aktuallıq kəsb etdiyini və bu siyasətin ifsa olunmasında ilkin sənədli mənbələrə istinadın zəruriliyini nəzərə alaraq, Dovlət Təhlukəsizliyi Xidməti arxivlərində saxlanılan sənədli materialların bir qisminin uzərindən məxfiliyin göturulməsi və onların geniş ictimaiyyətə açıqlanmasını məqsədəmüvafiq hesab edib. Həmin materialların DTX-nin rəsmi internet səhifəsində yerləsdirilməsinə qərar verilib.

 

 

18140