Sabiq Baş prokurorun oğlunun qətlində təqsirləndirilən şəxslə bağlı ilginc faktlar

© Sputnik / Anar MustafayevМужчина в наручниках, фото из архива
Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Keçmiş polis rəisi: "Axı niyə belə bir vəziyyət yaranıb ki, Gözəl silaha əl atıb?"

BAKI, 20 sentyabr — Sputnik. Dünən gecə Türkiyədə azərbaycanlı iş adamı Etimad İsmayılovu qətlə yetirməkdə təqsirləndirilən Gözəl Dəmirovla bağlı bəzi ilginc faktlar üzə çıxıb. Sputnik Azərbaycan modern.az-a istinadən xəbər verir ki, G.Dəmirov 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi olub, Bakı Soyuducular Zavodunun keçmiş direktorunun qardaşı, istefada olan polkovnikdir.

© Photo : CNN TurkGözəl Dəmirovun həbsi
Gözəl Dəmirovun həbsi - Sputnik Azərbaycan
Gözəl Dəmirovun həbsi

Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda da biznes işlərinin olduğu söylənilir. Gözəl Dəmirovun hətta "Fənərbaxça" klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da qeyd edilir.

Gözəl Dəmirov haqqında danışan sabiq polis rəisi Mahmud Hacıyev vaxtilə — AXC hakimiyyəti dövründə onunla birgə çalışdığını bildirib. Maraqlıdır ki, G.Dəmirov dünən gecə həmyerlisini öldürməklə qatilə çevrilməsinə baxmayaraq, M.Hacıyev onun müsbət xarakterli bir şəxs olduğunu vurğulayıb.

"Gözəl Dəmirov, səhv xatırlamıramsa, əslən Sabirabaddan idi. Hardasa 66-67 yaşı olar. Ucaboylu, ağbəniz, cüssəli kişi idi. Cavan vaxtlarında Bakı İstintaq İdarəsində, daha sonra Daxili İşlər Nazirliyində idarə rəisi işləyib. Biz onunla Daxili İşlər Nazirliyində bir yerdə işləmişik. Bir orqan işçisi kimi münasibətlərimiz olub. Çox yaxşı, mərd, ürəkli insan idi, kasıba, imkansıza əl tutan idi. Müharibə vaxtlarında çox köməklikləri olub, bu cür hərəkəti edəcəyini ağlıma belə gətirməzdim" — Hacıyev deyib.

Gözəl Dəmirovun həbsi - Sputnik Azərbaycan
HADİSƏ
Tanınmış azərbaycanlı iş adamını qətlə yetirməkdə şübhəli bilinən şəxs ələ keçdi - VİDEO

Onun sözlərinə görə, 90-cı illərin əvvəllərində beynəlxalq konvensiyalara uyğun olmasa da, Pakistandan, Əfqanıstandan mücahidlər gəlib Qarabağda bizə kömək edirdilər: "Gözəl Dəmirovun onların Azərbaycana gəlməsində, döyüş bölgəsinə aparılmasında xüsusi əməyi olub. Həqiqətən nümunəvi işçi idi. Çox müsbət adam idi. O vaxt Müdafiə Nazirliyi yox idi. Müharibədə vuruşanların, köməklik edənlərin əksəriyyəti elə polislər idi. Gözəl Dəmirov da ən yaxşıladan biri idi".

Mahmud Hacıyevin dediyinə görə, 1994-1995-ci illərdə Gözəl Dəmirovun başının üzərində "qara buludlar" dolaşırmış: "Onun həbsinə hazırlıq gedirdi. Polkovnik-leytenant rütbəsindəydi. Ona görə də orqandan xaric olunaraq, hər şeyini yığıb Türkiyəyə getdi. Ailəli idi. Bildiyim qədəriylə 2 övladı var. Türkiyədə bizneslə məşğul olmağa başladı. Ora gedəndən sonra əlaqələrimiz olmasa da, gedib-gələnlərdən xəbərləşirdik. Orada da normal həyat tərzi sürürdü, bacarıqlı, hörmətli, hər mənada yaxşı insan idi".

"Bilirsiniz, onun haqqında pis bircə dənə də fikir söyləyə bilmirəm. Gör o boyda orqanda çalışmış olasan, ağlın, kamalın ola, axırda qətl törədəsən. Amma yəqin ki, səbəbsiz olmaz. Gör nə vəziyyətə çatıb ki, belə hadisə törədib. İlyas İsmayılovun Amerikadakı oğlu özünə oxşayır. Özü kimi yaxşı insandır. Amma mərhum Etimad İsmayılovu yaxşı tanımıram. Axı niyə belə bir vəziyyət yaranıb ki, Gözəl silaha əl atıb?" — keçmiş polis rəisi vurğulayıb.

Əlavə edib ki, Gözəl Dəmirov 25 ilə yaxındır Türkiyədədir: "Yenə deyirəm, bir adam da onun haqqında nəsə pis deyə bilməz. Kasıba, evsizə əl tutan idi. Hədsiz müsbət adam idi. Yəni kiməsə pul atan, kiməsə torba tikən biri deyildi. Bayaqdan onun haqqında ancaq müsbət fikirlər söyləyirəm. Yerlim deyil, qohumum deyil, mən qazaxlı, o, sabirabadlı. Amma adam gərək haqqına danışsın. Allah Etimada rəhmət eləsin". 

Qeyd edək ki, keçmiş daxili işlər naziri İsgəndər Həmidov da Modern.az saytına əvvəlki müsahibələrinin birində Gözəl Dəmirov haqda maraqlı fakt aqçıqlamşdı. İ.Həmidov vaxtilə Əfqanıstandan Azərbaycana döyüşməyə gələnlər barədə danışarkən belə deyib: "Tale elə gətirib ki, Elçibəy prezident olanda bu cür işlərə həmişə məni göndərirdi. Bir dəfə yenə məni yanına çağırıb soruşdu ki, "Əfqanıstandan özbək əsilli general Dustumu Bakıya gətirə bilərsən?". Onu Bakıya gətirdim və mən, rəhmətlik Türkeş və Bəyin iştirakıyla dördlükdə ciddi müzakirələr apardıq. General Rəşid Dustum dedi ki, "mənim qüvvələrim azdır, onda qoyun mən qayıdıb baş nazir Hikmətyarla danışım, birinci mərhələdə 200 əfqan döyüşçü gətirilsin". 

Etimad İsmayılov 2011-ci ildə - Sputnik Azərbaycan
HADİSƏ
İlyas İsmayılovun oğlunun öldürülmə səbəbi açıqlandı

"O vaxt Bakı Soyuducular Zavodunun Dəmirov soyadlı direktoru vardı, onun qardaşı Gözəl Dəmirov da Daxili İşlər Nazirliyində idarə rəisi idi. Gözəli göndərdim Əfqanıstana – Qəndahara. Danışıqlardan sonra ordan 250 nəfər muzdlu döyüşçü gətirildi. Ancaq mən işdən çıxandan sonra onlara yiyə duran olmadı və dağıldılar Azərbaycana. Qayıdıb gedənlər də oldu, burda azərbaycanlı qadınlarla ailə qurub qalanlar da. Mən onların biriylə Həcc ziyarətində olduğum zaman rastlaşdım. Məkkədə "Əl – Haram" məscidinə namaz qılmağa getmişdik. İçəri daxil olan kimi bir ucaboylu cüssəsli şəxs mənə yaxınlaşıb salam verdi. Soruşdum ki, "kimsən, səni tanıya bilmədim". Dedi, "mən Azərbaycanda sizin rəhbərliyiniz altında döyüşmüşəm. Azərbaycandan xəbərimiz var və gözdə-qulaqdayıq ki, ikinci Qarabağ savaşı başlasın, gəlib qardaşlarımızın qisasını alaq" — deyə İ.Həmidov vurğulayıb.

Xatırladaq ki, dünən gecə İstanbulun Florya rayonunda azərbaycanlı iş adamı Etimad İsmayılov öz ofisində silahlı hücuma məruz qalıb. Başından 2 və ürəyindən 1 güllə ilə yaralanan İsmayılov aparıldığı xəstəxanada vəfat edib.

Polisin məlumatına görə, silahlı hücumu Azərbaycan əsilli Gözəl Dəmirov həyata keçirib. Belə ki, sentyabrın 19-da axşam saat 21:00 radələrində şirkətin ofisində İsmayılovla Dəmirov arasında mübahisə baş verib.

İnşaat və təşkilati işlər sahəsində biznes ortaqları olan İsmayılov və Gözəlov arasında pul haqq-hesabı var imiş. Onlar bu məsələni müzakirə edərkən münaqişə yaranıb. Gözəlov yanındakı silahı ilə İsmayılovu atəşə tutub. Ağır yaralanan İsmayılov təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Etimad İsmayılovu qətlə yetirməkdə təqsirli bilinən Gözəl Dəmirov və sürücüsü İstanbulun Beşiktaş rayonunda saxlanılıb.

Xəbər lenti
0