Yüksək vəzifəli şəxs işdən azad olunub

© pixabay / epiciociMüqavilə imzalayan adam, arxiv şəkli
Müqavilə imzalayan adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rasim Quliyev BŞİH-nin Aparat rəhbəri vəzifəsindən azad edilib

BAKI, 20 sentyabr — Sputnik. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini Eldar Əzizovun əmri ilə BŞİH Aparatının rəhbəri Rasim Quliyev tutduğu vəzifədən azad olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə politoloq Azər Rəşidoğlu öz "Facebook" profilində məlumat yayıb.

"Rasim Quliyev Aparat rəhbəri vəzifəsindən azad edilib. Rasimi 30 ildir tanıyıram və onun Heydər Əliyev fanatı olduğunu bilirəm" — deyə A.Rəşidoğlu bildirib.

Rəşidoğlunun yazdığına görə, E.Əzizovun bu qərarı birmənalı qarşılanmayıb: "Narazılıq yarandığını görən Əzizov Quliyevə xarici əlaqələr şöbəsinin sədri vəzifəsini təklif edib. Hələlik Quliyevin bu təklifə razılıq verib-vermədiyi bəlli deyil".

© Photo : Facebook / Behruz QuliyevHeydər Əliyev, İlham Əliyev və Mehriban Əliyeva
Heydər Əliyev, İlham Əliyev və Mehriban Əliyeva - Sputnik Azərbaycan
Heydər Əliyev, İlham Əliyev və Mehriban Əliyeva

Qeyd edək ki, R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Xalq hərəkatının fəal iştirakçısı, mərhum prezident Heydər Əliyevin qatı tərəfdarlarından olub.

O, BŞİH-nin keçmiş başçısı Hacıbala Abutalıbovun əmri ilə öncə meriyanın ərazi idarəetmə şöbəsinin müdiri, daha sonra Aparat rəhbəri təyin edilib.

Xəbər lenti
0