Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib

Magistralda sürət həddi 120-yə qaldırılıb, yoldan istifadə isə ödənişli olacaq

614
(Yenilənib 11:06 20.09.2018)
O bildirib ki, yeni istifadəyə verilən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ödənişli olacağı gözlənilir

BAKI, 20 sentyabr — Sputnik. Yeni istifadəyə verilən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda sürət həddi saatda 120 km/saat təyin olunub. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O bildirib ki, yeni istifadəyə verilən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ödənişli olacağı gözlənilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

A.Nəcəflinin sözlərinə görə, həmin yolun ödənişli olması ilə bağlı aidiyyati qrumlara təkliflər gödərilib: "Yoldan istifadənin qiymətini Tarif Şurası müəyyən edəcək. Həmin yolda avtomobil yaşayış məntəqələrindən keçmir və daha sürətli olmaqla, sürücülərin mənzil başına tez çatmasını təmin edir".

AAYDA sözçüsü qeyd edib ki, hazırda yolun sürəti 120 km olaraq müəyyənləşdirilib: "Dünya təcrübəsinə əsasən, ödənişli yol istifadəyə verilən zaman mütləq ona alternativ yol da olmalıdır. Həmin yolun asfalt örtüyü keyfiyyət baxımından pullu yoldan geri qalmamalıdır".

Qeyd edək ki, əvvəl Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun uzunluğu 204 kilometrdir. Hazırda həmin yoldan istifadə pulsuzdur.

614
Teqlər:
Avtomobil Yolları Dövlət Agentliyi, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu
Əlaqədar
Yol probleminin həlli üçün növbəti addım atıldı
Yol polisi sürücülərə xəbərdarlıq edib
Turizm cənnətinə aparan yol təmir ediləcəkmi?
Yol polisi sürücülərə xəbərdarlıq etdi
Həbsxana, arxiv şəkli

Penitensiar xidmətin məhkumun ölümü ilə bağlı açıqlaması: "Tibbi ekspertizanın rəyi var"

4
(Yenilənib 19:58 16.01.2021)
"Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir" - Mehman Sadıqov

BAKI, 16 yanvar - Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı yayılan iddialara münasibət bildirib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov sosial şəbəkələrdə yayılan həmin məlumatların yalan olduğunu deyib: "Röyal adlı həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib. Bununla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi də var. Müəssisədə heç bir əməliyyat keçirilməyib. Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir”. 

Qeyd edək ki, sosial şəbəkələrdə Röyal adlı məhkumun 13 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi və həmin müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı məlumatlar yayılıb. 

4
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda hərbi parada baxır

Əliyevlə Ərdoğan Ağdamdakı Birgə Monitorinq Mərkəzini müzakirə etdilər

3
Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

BAKI, 16 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb.

 Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.

Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına məlumatına görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.

Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.

Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

3
Teqlər:
telefon danışığı, İlham Əliyev, Rəcəb Tayyip Ərdoğan