Çüdo Üzrə Dünya Çempionatının püşkatma mərasimi

Bakıda daha bir mötəbər yarışa start verildi

30
(Yenilənib 10:23 20.09.2018)
Bu gün cüdo üzrə dünya çempionatında fərdi mübarizəyə start verilib

BAKI, 20 sentyabr — Sputnik. Bu gün Azərbaycan tarixində ilk dəfə Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatı start götürüb.

Sputnik Azərbaycan xəbər verir ki, ilk yarış günündə qadınların mübarizəsində 48 kq, kişilərdə isə 60 kq çəki dərəcəsləri üzrə qaliblər müəyyənləşəcək. Azərbaycan yığmasını bu çəkilərdə müvafiq olaraq, Aişə Qurbanlı və Orxan Səfərovla Kəramət Hüseynov təmsil edəcəklər. Onların hər üçü mübarizəyə 1/32 final mərhələsindən başlayacaqlar.

Qadınlar

48 kq

1/32 final. Aişə Qurbanlı — Amber Gersyes (Hollandiya)

Kişilər

60 kq

1/32 final. Orxan Səfərov — Amartuvşin Bayaraa (Monqolustan)

1/32 final. Kəramət Hüseynov — Joran Şildermans (Belçika)

İlk görüşlər saat 10:00-da, medal qarşılaşmaları isə saat 16:00-da başlanacaq.

Qeyd edək ki, fərdi mübarizəyə, ümumilikdə, 125 ölkədən 758 cüdoçu (460 kişi, 298 qadın) qatılacaq. Qadınların yarışında 80, kişilərdə isə 118 ölkə təmsil olunacaq. Mundiala sentyabrın 27-də keçiriləcək komanda yarışları ilə yekun vurulacaq.

30
Teqlər:
Milli Gimnastika Arenası, cüdo, yarış, mübarizə
Əlaqədar
Yarış zamanı atışma oldu, ölən və yaralananlar var
Avropada "işləməyən dişləməz" məsəlini heçə çıxarmaq üçün yarış keçiriləcək
Azərbaycan hərbçilərinin iştirak edəcəyi yarış başladı
Dünya Çempionatı mütəxəssisin gözü ilə: “Yarış sürprizlərlə dolu idi”
Qəbələdə keçirilən beynəlxalq yarış başa çatdı
Masallıda qəribə oğurluq: Yarış atları oğurlandı
Yeni yarış həftəsi başladı
Sputnik V peyvənd, arxiv şəkli

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

6
(Yenilənib 22:53 26.02.2021)
"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir".

BAKI, 26 fevral — Sputnik. "Rusiyanın "Sputnik V" koronavirus peyvəndinin əleyhdarları dünyada ona olan inamı sarsıtmağa çalışır, çünki bu ən yaxşı preparatlardan biridir və onlar bundan, sadəcə, qorxurlar" – bu fikri Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev səsləndirib.

"Fikrimcə, söhbət yalnız "Sputnik V" peyvəndinin beynəlxalq səviyyədə tanınmasından deyil, dünyadakı liderliyimizdən gedir... Təvazökar, ancaq dürüst olmalıyıq. Dünyanın ən yaxşı peyvəndinə sahibik, bu, Rusiya alimlərinin böyük uğurudur, biz bununla fəxr etməliyik ", – deyə Dmitriyev Rusiya Tarix Cəmiyyətinin meydançasında bu ölkənin virusologiya tarixində liderliyinə həsr olunmuş sərginin açılışında bildirib.

"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir. Onlar, sadəcə, bundan qorxurlar", – deyə RBİF rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Könüllülərin analiz təhlilləri göstərib ki, peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

 

6
Lady Qaqa

Ledi Qaqa büsbütün dəyişdi

11
(Yenilənib 22:51 26.02.2021)
35 yaşlı Qaqa Roma şəhərində yeni stildə görüntülənib. Tanınmamaq üçün maska və qara gün eynəyindən istifadə edən ifaçının bu cəhdi boşa çıxıb.

BAKI, 26 fevral — Sputnik. Albomları və "A Star Is Born" filmindəki aktrisalıq qabiliyyəti ilə müzakirələrə səbəb olan Ledi Qaqa xarici görünüşündə dəyişiklik edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, 35 yaşlı Qaqa Roma şəhərində yeni stildə görüntülənib. Tanınmamaq üçün maska və qara gün eynəyindən istifadə edən ifaçının bu cəhdi boşa çıxıb.

Hazırda film çəkillişlərində iştirak edən Ledi geyim tərzini və saç rəngini dəyişib. O, bunu rol aldığı ekran işi üçün edib.

Qeyd edək ki, Qaqa "Gucci" adlı ekran əsərində çəkilir.

11