Mərkəzi bank

Azərbaycanda xarici valyutalar bahalaşıb

246
(Yenilənib 10:17 20.09.2018)
Avronun məzənnəsi 0,02% artaraq 1,9852 manat təşkil edib

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Avronun məzənnəsi 0,02% artaraq 1,9852 manat, Rusiya rublunun məzənnəsi isə 0,79% artaraq 0,0255 manat təşkil edib.

Qeyd edək ki, sentyabrın 18-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1,9848 manata, 1 rubl 0,0253 manata bərabər idi.

 

246
Teqlər:
rubl, məzənnə, avro, manat, dollar
Əlaqədar
Mərkəzi Bankın uçot dərəcəsi və üzən məzənnə barədə qərarı açıqlandı
Mərkəzi Bankdan son dəqiqə məzənnə xəbəri
Bu günə olan rəsmi məzənnə açıqlandı
Bu günə olan rəzmi məzənnə açıqlandı
Bu günə olan məzənnə açıqlandı
Yeni rəsmi məzənnə açıqlandı
Bu günə olan məzənnə açıqlandı
Rusiya XİN-nin binası, arxiv şəkli

Çexiyanın Rusiyadakı səfirliyinin 20 əməkdaşı “persona non qrata” elan edildi

13
Rusiya Xarici İşlər Nazirliyinin “persona non qrata” elan etdiyi şəxslər Moskvanı 19 aprelə qədər tərk etməlidirlər.

BAKI, 18 aprel - Sputnik. Rəsmi Moskva Rusiya diplomatlarının Çexiyadan çıxarılmasına anoloji qərarla cavab verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Çexiya Respublikasının Moskvadakı səfirliyinin 20 əməkdaşını “persona non qrata” elan edib.

Həmin şəxslər Rusiyanı 19 aprelə qədər tərk etməlidirlər.

Bundan əvvəl Çexiya respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bundan əvvəl RF diplomatiya idarəsində Çexiya hökumətinə sərt etiraz bildirilmiş və cavab tədbirlərinin görüləcəyinin anonsu verilmişdi.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Praqanın hərəkətlərində "Amerikanın izlərini görməmək olmaz".

Nazirlik diplomatların qovulması qərarının 2014-cü ildə Vrbetitsadaki hərbi anbarlarda baş verən partlayışda Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı "əsassız və həqiqətdən uzaq bəhanələr"lə əlaqədar verildiyini qeyd edib. 

 

13

Heydər Əliyev prospektində dörd avtomobil toqquşub, ağır xəsarət alanlar var

13
(Yenilənib 23:48 18.04.2021)
“Bağırov körpüsü” adlanan hissəyə yaxın yerdə dörd avtomobilin toqquşması nəticəsində tıxac yaranıb.

BAKI, 18 aprel - Sputnik. Bakıda Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. 

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə “Bağırov körpüsü” adlanan hissəyə yaxın yerdə qeydə alınıb.

4 avtomobilin toqquşduğu qəza nəticəsində 3 nəfər ağır xəsarət alıb. 

Hazırda hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

13