Şahin Atamov

Azərbaycanlı idmançı alman hakimlərin haqsızlığından şikayətçidir

62
(Yenilənib 14:19 19.09.2018)
Şahin Atamov: "Ev sahibi olmaları, eyni zamanda Almaniya komandasının heç bir medalının olmaması bizim qarşılaşmaya təsir etdi"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Almaniyanın paytaxtında mövsümün növbəti Karate 1 Premyer Liqa turniri, həm də Tokio 2020 Olimpiadasına lisenziya xalları qazandıran ilk rəsmi yarış baş tutub. Azərbaycan karateçiləri Berlində mövsümün altıncı mərhələsində iki gümüş və bir bürünc medal qazanıblar. Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) ikinci yeri, Firdovsi Fərzəliyev (-60 kq) isə üçüncü pilləni tutub. Şahin Atamov (+84 kq) bürünc medal uğrunda həlledici görüşdə hakim haqsızlığı üzündən (idmançının ittia etdiyinə görə —red.) mükafatsız qalıb. 

İdmançı ona edilən haqsızlıq haqqında Sputnik Azərbaycan-a danışıb. Yarışa çox ciddi hazırlaşdığını bildirib: “Bu yarış Tokio 2020 olimpiya oyunlarına lisenziya qazanmaq üçün karate üzrə birinci xal qazandıran yarış idi. Bizim üçün çox əhəmiyyətli idi. Çünki olimpiadaya lisenziya qazanmaq üçün idmançılara yeni reytinq balları verirdi. Bu liqa yarışları Dünya çempionatı ilə eyni səviyyədə olan yarışdır və ən reytinqli idmançılar çalışırlar ki, bu yarışlarda iştirak edərək uğur qazansınlar".

İdmançı qeyd edib ki, yarışda 4 qələbə qazanıb və finala çıxışda məğlub olub: "Finala çıxışda Gürcüstan idmançısına məğlub oldum, daha sonra üçüncülük uğrunda mübarizəyə qoşuldum. Burada da məni alman idmançı gözləyirdi. Ev sahibi olmaları, eyni zamanda Almaniya komandasının heç bir medalının olmaması bizim qarşılaşmaya təsir etdi. Hakimlər birbaşa olaraq idmançının tərəfində idilər. Onun atdığı hər zərbəyə xal verirdilər. Bir sözlə, haqsızlıq nəticəsində bürünc medal qazana bilmədim və yarışın beşincisi olaraq qarşılaşmanı bitirdim”.

“Oktyabr ayında Yaponiyada lisenziyaya xal qazandıran daha bir yarış keçiriləcək. Ruhdan düşmürük və ona hazırlaşırıq. Məşqçilərimə söz vermişəm ki, Yaponiyadan medalla geri dönəcəm. Var gücümlə Yaponiyada keçiriləcək Tokio 2020 olimpiya oyunlarına vəsiqə qazanmaq üçün çalışıram" – deyə idmançımız qeyd edib.

62
Teqlər:
Karate 1 Premyer Liqa turniri, Şahin Atamov, karate, yarış, Almaniya
Əlaqədar
İdmançı bütün ölkəyə elan etdi: 341 qadınla yatmışam
Azərbaycanlı idmançı "Comedy Club"da aparıcılara dərs keçdi
Azərbaycanlı idmançı Avropa çempionu oldu
Sevgi sərhəd tanımır: Azərbaycanlı idmançı rusiyalı biznesmenə ərə getdi
İdmançı polislərimizin böyük uğuru
İdmançı 426 kilo ağırlığı qaldırdı və... ölümdən döndü – VİDEO
Partlayış, arxiv şəkli

Ermənistanın səkkiz "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib-VİDEO

37
(Yenilənib 22:23 30.09.2020)
Müdafiə Nazirliyi: Bu gün axşam saatlarında keçirilən döyüş əməliyyatları nəticəsində düşmənin 8 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Ordusunun bölmələrinin bu gün axşam saatlarında keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin 8 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

37
Tamaşa zalı, arxiv zalı

Şuşa Teatrı öz tamaşalarını Qarabağda səhnələşdirəcək

10
(Yenilənib 21:49 30.09.2020)
Teatr Xadimləri İttifaqı: Teatr ictimaiyyəti olaraq, dünya ictimaiyyətini, nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq işinə fəal dəstək verməyə çağırırıq.

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədri Azər Paşa Nemətov teatr ictimaiyyəti adından erməni işğalçılarının qanlı 27 sentyabr təxribatı və Azərbaycan Ordusunun bütün cəbhəboyu əks hücuma keçməsi ilə əlaqədar bəyanat yayıb.

Sputnik Azərbaycan-a TXİ-dən göndərilən bəyanatda deyilir:

"Erməni işğalçıları növbəti dəfə təxribata əl ataraq sentyabrın 27-də müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutub. Xalqımız tarixən erməni xainliyi, düşmən təxribatı ilə üz-üzə qalsa da, öz qətiyyəti, mübarizliyi sayəsində bu sınaqdan üzüağ, alnıaçıq çıxıb. Erməni faşizminin növbəti təzahürü olan bu təxribat bütün xalqımız kimi Teatr Xadimləri İttifaqını və bütün teatr ictimaiyyətini dərindən hiddətləndirib. Teatr ictimaiyyəti olaraq bəyan edirik ki, Ermənistan silahlı qüvvələrinin insanlığa qarşı yönələn cinayətlərini qəti surətdə lənətləyir, işğalçı qonşularımızın və onların havadarlarının haqq və ədalət qarşısında cavab verəcəklərinə inanırıq. Dünya ictimaiyyətini, nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq işinə fəal dəstək verməyə çağırırıq.

Qüdrətli dövlət rəhbəri və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan Ordusu bir neçə gündür işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı rəşadətlə mübarizə apararaq, əzəli dədə-baba torpaqlarımızın düşmən təcavüzündən azad olunması üçün böyük ruh yüksəkliyi ilə silaha sarılıb.

Ölkəmizin Ali Baş Komandanının xalqa müraciətində dediyi kimi, bu təxribat erməni faşizminin növbəti təzahürüdür. Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biri kimi zaman-zaman düşmən təxribatına layiqli cavab verib, şəhidlərimizin, mülki vətəndaşlarımızın qisası alınıb, onların qanı yerdə qalmayıb. Yenilməz Azərbaycan əsgəri, hərbçi və zabitlərimiz canları və qanları bahasına yeddi kəndimizi, bir sıra strateji yüksəklikləri düşməndən təmizləyib. Bütün beynəlxalq hüquq və normaları tapdalayan faşist mahiyyətli düşmən ordusu cəbhə bölgəsində dinc sakinləri hədəfə alır, mülki obyektlərə zərbələr endirir. Lakin qeyrətli Vətən oğullarımız düşməndən bunun qisasını alır. Ermənistanın məhv olunan canlı qüvvəsi, sıradan çıxarılan hərbi texnikası bunun bariz nümunəsidir.

Müharibə can və qan itkisi, qeyrətli Vətən oğullarının uca şəhadəti deməkdir. Lakin biz canımızı, qanımızı ana yurdumuz üçün, elimiz-obamız üçün fəda etməkdən çəkinmirik. Azərbaycan xalqı öz şəhidlərini qürurla qarşılayır, onları torpağa əmanət edib ruhları qarşısında baş əyir.

Bu şərəfli yolda bütün xalqımız, bütün teatr ictimaiyyəti Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib. Biz qələbə çalacağıq. Bütün Azərbaycan teatrları, eləcə də Şuşa Teatrı öz tamaşalarını Qarabağda səhnələşdirəcək. Əminik ki, Tanrı Şuşaya üçrəngli bayrağımızı sancmağı məhz Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bizə nəsib edəcək. O böyük zəfər günündə hamımız bir yerdə olacağıq. Qələbə Azərbaycan xalqının əbədi haqqıdır!"

10