Lənkəran Dövlət Dram Teatrı Moskvalı gəlin tamaşasını teatr sevənlərə təqdim edib

Lənkəran Dövlət Dram Teatrı yeni mövsümə Biləsuvarda start verib

30
(Yenilənib 15:14 19.09.2018)
"Moskvalı gəlin" tamaşası Biləsuvar sakinlərinə təqdim edilib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Lənkəran Dövlət Dram Teatrı yeni mövsümə ilk dəfə olaraq doğma səhnədən kənarda, Biləsuvar rayonunda start verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, mövsümün açılış mərasimi sentyabrın 18-də Biləsuvar Rayon Mədəniyyət Mərkəzində baş tutub.

Biləsuvarlı teatr sevənlərin iştirakı ilə keçirilən açılış mərasimində Teatrın direktoru Tofiq Heydərov çıxış edib. Bildirib ki, Prezident İlham Əliyevin 27 may 2018-ci il sərəncamı ilə teatrın aktyoru Niftulla Əsgərovun "Əməkdar artist" adına layiq görülməsi Lənkəran Dövlət Dram Teatrının kollektivi üçün əlamətdar hadisə olub. T.Heydərov  daha sonra cari 128-ci mövsümdə Teatrın kollektivinin qarşısında duran vəzifələrdən, görüləcək işlərdən söz açıb. Qeyd edib ki, hazırda teatrda rejissorlar Adil Zeynalov və Emil Əskərovun paralel olaraq iki səhnə əsərlərinin məşqləri gedir.

  • Lənkəran Dövlət Dram Teatrı Moskvalı gəlin tamaşasını teatr sevənlərə təqdim edib
    Lənkəran Dövlət Dram Teatrı "Moskvalı gəlin" tamaşasını teatr sevənlərə təqdim edib
    © Sputnik / Rahim Zakiroğlu

1 / 6
© Sputnik / Rahim Zakiroğlu
Lənkəran Dövlət Dram Teatrı "Moskvalı gəlin" tamaşasını teatr sevənlərə təqdim edib

Daha sonra çıxış üçün söz Biləsuvar Regional İdarəsinin rəisi Elçin Hüseynova verilib. O, növbəti mövsümdə Lənkəran Teatrının kollektivinə uğurlar diləyib.

Açılış mərasimindən sonra yazıçı Hafiz Mirzənin "Moskvalı gəlin" tamaşası teatr sevənlərə təqdim edilib. Səhnə əsərinin quruluşçu rejissoru Adil Zeynalov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rollarda Əməkdar artistlər Sucəddin Mirzəyev və Adil Zeynalov, aktyorlardan Qızılgül Quliyeva, Allahverən Babayev, Səyyad Əliyev, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri yer alıblar.

30
Teqlər:
yeni mövsüm, Lənkəran Dövlət Dram Teatrı, aktyor, tamaşa
Əlaqədar
Teatr həvəskarlarına xoş xəbər var
Teatrşünas alim III Şəki Beynəlxalq Teatr Festivalının əhəmiyyətindən danışır
Bu gün Beynəlxalq Teatr Günüdür
Məşhur aktyor: "Azərbaycanda teatr binaları var, amma teatr yoxdur"
Teatr yeni mövsümə sürpriz hazırlayır
Beynəlxalq Teatr Günü