Запрещающий знак дорожного движения и красный свет светофора, фото из архива

Paytaxt sürücülərinə xəbərdarlıq edilir

107
(Yenilənib 16:19 19.09.2018)
Mirzəağa Əliyev küçəsinin Nəriman Nərimanov prospektinə çıxışda da məhdudiyyət tətbiq edilir

BAKI, 19 sentyabr — Sputnik. Bakının Yasamal rayonu "Sovetski" adlanan ərazidə aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində koomunikasiya xətlərinin yenilənməsi və yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar Nəriman Nərimanov prospektinin Mirzağa Əliyev küçəsi ilə kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, prospektdən keçən nəqliyyat vasitələri müvəqqəti olaraq təşkil edilən yola yönləndirilib. Mirzəağa Əliyev küçəsinin Nəriman Nərimanov prospektinə çıxışda da məhdudiyyət tətbiq edildiyindən sürücülər alternativ olaraq ətraf küçələrdən istifadə edə bilərlər.

107
Teqlər:
Nəriman Nərimanov prospekti, Mirzağa Əliyev küçəsi, sürücülər, xəbərdarlıq
Əlaqədar
Təhsil Nazirliyi xəbərdarlıq edir
Bakı Metropoliteni sərnişinlərə xəbərdarlıq edir
Ölkə əhalisinə xəbərdarlıq olunur
Qurum daşıyıcılara və sürücülərə xəbərdarlıq edib: Qərara əməl etməsələr...
Yol polisi sürücülərə xəbərdarlıq edib