Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?

© REUTERS / Kim Kyung-HoonYaponiyalı milyarder Qusaku Maedzava
Yaponiyalı milyarder Qusaku Maedzava - Sputnik Azərbaycan
Abunə olmaq
Biznesmen Aya səfər etməyin çoxdankı arzusu olduğunu bildirib

BAKI, 19 sentyabr — Sputnik. İlon Maskın rəhbəri olduğu "SpaceX" şirkəti Aya ilk səfər edəcək turistin adını açıqlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, həmin şəxs 42 yaşlı yaponiyalı milyarder Qusaku Maedzavadır.

Maedzava " Zozotown" online geyim mağazasının rəhbəridir. "Forbes" jurnalına görə, onun sərvəti 3 milyard dollar dəyərində qiymətləndirib.

Biznesmen isə öz növbəsində Aya səfər etməyin çoxdankı arzusu olduğunu bildirib.

Qeyd edək ki, Aya ilk turistin 2018-ci ilin sonlarında göndərilməsi planlaşdırılsa da, bu 2019-cu ilin ortalarına qədər təxirə salınıb.

Xəbər lenti
0