CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ömürlük azadlıqdan məhrum edilən neçə məhbus var?

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidHəbsxana qapısı, arxiv şəkli
Həbsxana qapısı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən il müəyyən müddətə azadlıqdan məhrum olunanların sayı da azalıb

BAKI, 19 sentyabr — Sputnik. Azərbaycanda ömürlük azadlıqdan məhrum edilənlərin sayı azalıb.

Sputnik Azərbaycan-ın Trend-ə istinadla məlumatın görə, 2013-cü ildə ölkədə yalnız 15 nəfər ömürlük azadlıqdan məhrum edilib.

2014-cü ildə bu rəqəm 13-ə, 2015-ci ildə isə daha da azalaraq 4-ə enib.

Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda məhbus ölüb

2016-cı ildə ömürlük azadlıqdan məhrum edilənlərin sayı 10-a qalxsa da, ötən il onların sayı yenidən azalaraq 5-ə enib.

Ötən il müəyyən müddətə azadlıqdan məhrum olunanların sayı da azalıb.

2017-ci ildə müəyyən müddətə azadlıqdan məhrum olunanların sayı 7 273, 2016-cı ildə 7 908, 2015-cı ildə 7 826, 2014-cü ildə 7 347 nəfər olub.

Qeyd edək ki, Cinayət Məcəlləsinə əsasən, ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda, dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir.

Ömürlük azadlıqdan məhrum etmə qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə təyin edilmir.

Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.

Xəbər lenti
0