BAKI, 18 sentyabr — Sputnik. Ukraynada turistlər üçün intim xidmətlər təşkil edən Azərbaycan və Türkiyə vətəndaşları mühakimə edilib. Sputnik Azərbaycan Ukrayna KİV-ə istinadən xəbər verir ki, ölkənin bəzi otelləri yüngül əxlaqlı qadınlarla əylənmək istəyən turistlərin məkanı olub.
Azərbaycan və Türkiyə vətəndaşları bu otellərdə turistlərə intim xidmətlər təklif edib. Onlar dil bilmələrindən istifadə edərək, Xarkov şəhərinə “bazar günü turu”na gələn Türkiyə vətəndaşları üçün seks məclisləri təşkil edərək, maliyyə çətinliyi olan qadınları turistlərlə görüşdürürmüşlər.
Turistlərdən görüşlərin təşkil edilməsi üçün 1,5 min qriven (90 AZN) alınırmış. Bu zaman həmin pulun 500 qrivenini (30 AZN) təşkilatçılar özlərinə götürürmüşlər.
Ukrayna məhkəməsinin qərarı ilə onların hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib.
BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.
BAKI, 15 yanvar — Sputnik. "Pandemiyadan sonra – ola bilər ki, yaz, yaxud da daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib. Onun sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib. "İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir. Amma hazırkı pandemiya dövrü bizdən təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir".
Şöbə müdiri bildirib ki, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb: "Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək. Əslində keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Əsas vacib məsələ bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi".