Astaranın Tüləküvan kəndində limon, portağal və naringi ağaclarına ziyanvericilər daraşıb

Cənub bölgəsində elə “bəla” yayılıb ki, həm insanlar aciz qalıb, həm dərmanlar

12478
(Yenilənib 15:24 18.09.2018)
Təsərrüfat sahiblər bu bəla ilə mübarizədə acizdirlər

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Bu il yerli sitrus məhsullarında nəzərə çarpacaq dərəcədə azalma olacağı gözlənilir. Əsas qazancı sitrusçuluqla əldə edən Astara rayon Tüləküvan kəndinin fermerlərinin təsərrüfatlarındakı limon, portağal və naringi ağaclarına kütləvi şəkildə ziyanvericilər daraşıb.

Təsərrüfat sahibi Aydın Ağayevin Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirdiyinə görə, bu ziyanvericilərlə mübarizə apara bilmirlər: "Baxmayaraq ki, bu il yay ayları quraqlıq keçdi, əzab-əziyyətlə də olsa, sitrus ağaclarını vəziyyətdən çıxara bildik. Zərərverici həşəratlara isə heç cür çarə tapa bilmirik. “Qabıqlı bit" adlandırdığımız ziyanvericiləri heç bir dərman öldürmür. Bu il bu ziyanvericiyə qarşı normadan, təxminən, 2-3 dəfə artıq dərmanlama işi aparmışam, amma heç bir köməkliyi dəyməyib”. 

A.Ağayev qeyd edib ki, ziyanvericilər, təxminən iyun-iyul aylarından yayılmağa başlayıb və getdikcə çoxalıb: “Demək olar, bütün həyətlərdəki sitrus meyvələrində bu ziyanvericilər var. Əvvəllər də olurdu, lakin heç vaxt bu dərəcədə olmamışdı. Əvvəllər bağımızdan 10-15 tona yaxın məhsul toplayırdıq. Bu il isə vəziyyət belə davam eləsə, məhsul toplaya bilməyəcəyik. Artıq meyvələrin də rəngləri dəyişib”.

  • Astaranın Tüləküvan kəndində limon, portağal və naringi ağaclarına ziyanvericilər daraşıb
    Astaranın Tüləküvan kəndində limon, portağal və naringi ağaclarına ziyanvericilər daraşıb
    © Sputnik / Rahim Murad

1 / 7
© Sputnik / Rahim Murad
Astaranın Tüləküvan kəndində limon, portağal və naringi ağaclarına ziyanvericilər daraşıb

Fermer onu da vurğulayıb ki, bu il bir neçə dəfə dərmanlama işi aparsa da, bu xəstəliyə qarşı heç bir nəticə əldə edə bilməyib: “Bu ziyanvericilər əsasən naringi, portağal və limon ağaclarını basıblar. Mən ağaclara üç cür dərman səpmişəm. Dərmanları dəyişirməyimə baxmayaraq heç bir köməyi dəyməyib”.

Əvvəllər aqronom işləmiş digər fermer Abbas Ağayev isə bu ziyanvericilərin "yastıca" adlı həşərat olduğunu deyib: "Hazırda sitrus meyvələrində üç növ yastıca — "kaliforniya yastıcası", "çöpvari yastıca" və "çanaqlı yastıca” var. Əsasən isə "çanaqlı yastıca" çoxluq təşkil edir. Bu ziyanvericilərlə mübarizə çox çətindir və gərək vaxtında mübarizə aparıla”.

Fermer vurğulayıb ki, belə davam edərsə, ağaclardan həm bu il, həm də gələn il məhsul əldə etmək mümkün olmayacaq: “Bu, xəstəlik deyil, ziyanvericidir, bir müddət sonra ağacların yarpaqları töküləcək. Yarpaq tökülsə, gələn il meyvə olmayacaq. Çünki ağaclarda əvvəl yarpaq, sonra isə meyvə yetişir. Bunlar məhsuldarlığa 50% mənfi təsir edəcək. Hazırda bir müddət keçdikdən sonra meyvələr qıpqırmızı qızaracaq və töküləcək. Belə meyvələr satış üçün də yararsızdır. Ziyanverici daraşmış meyvələri heç kim almaz".

Keçmiş aqronom onu da əlavə edib ki, bu ziyanvericilərin yaranmasına havaların quraqlıq keçməsi səbəb olub: "Quraqlıq bu ziyanvericilərin yayılması üçün əsas şəraitdir. Avqustun 10-dan bəri yağışlar yağmır və ziyanvericilər də çoxalır. Hazırda məhsul yığımına 20-30 gün qalıb. Bu müddətdə də kimyəvi dərmanlardan istifadə etmək olmaz, dərmanlama tam dayandırılıb. Məhsul yığımından sonra isə yüksək dozalı emulsiya ilə ağaclar yuyulsa, qışda bu ziyanverici tam itəcək”.

Abbas Ağayevin oğlu Asim də qeyd edib ki, istifadə etdikləri dərmanların keyfiyyəti çox aşağı olduğundan effektiv deyil: “Mən özüm də bir mütəxəssis kimi dərmanları yoxlamışam. Dərman preparatlarının üzərində qeyd olunub ki, 100 litr suya 10-20 qram dərman qatılmaqla istifadə edilməlidir. Biz 100 litr suya yarım litr dərman əlavə etsək də, təsiri olmadı. Əvvəllər özümüz İrandan dərman gətirib ağaclara səpərdik. İndi isə dərman gətirməyə qoymurlar, o dərmanları gətirmək üçün xüsusi icazə olmalıdır deyirlər. Yerli apteklərdən aldığımız dərmanların isə keyfiyyəti göz qabağındadır. Sanki ağaclara dərman deyil, boş su səpirəm. Qoyduğumuz xərc boşa gedir”.

Fermer onu da vurğulayıb ki, ötən illərdə yetişdirdikləri meyvələri 1-2 manata satırdılarsa, bu il məhsullarını sata biləcəklərinə ümidləri qalmayıb. Görünən tərəf isə budur ki, vəziyyət belə davam edərsə, fermerlər bu il qazanc deyil, ziyan əldə edəcəklər.

12478
Teqlər:
təhlükəli zərərverici, sitrus, Astara, fermer
Əlaqədar
Məktəblərdə telefon: Valideynlərin rahatlığı, yoxsa şagirdlər üçün böyük bəla?
Fəxri adı başına bəla olan sənətkar - Onun rəsmini “Dəmir ledi” də alıb
Kəndə bəla gəlib, heyvanlar durmadan tələf olur
Qarabağ bölgəsi bu dəfə yeni bəla ilə üzləşdi - FOTOLAR
Rusiyada böyük bəla: 90 min insan hücuma məruz qalıb - VİDEO
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

18
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

18
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Bakıda koronavirus ocağı bu ərazidir

21
(Yenilənib 23:42 23.01.2021)
Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

21