Manat və dollar

Manat banklarla bağlı məyusedici vəziyyət yaranıb

454
(Yenilənib 14:28 17.09.2018)
Ekspert: "Azərbaycan banklarının əmanət və kredit faizləri arasındakı fərq son aylar daha da dərinləşməkdədir"

BAKI, 17 sentyabr — Sputnik. "Azərbaycan banklarının əmanət və kredit faizləri arasındakı fərq son aylar daha daha dərinləşməkdədir. Belə ki, aparıcı banklar artıq xarici valyutada olan əmanətlərə illik 0.1 faiz dividend təklif edir. Bəzi banklarda, hətta avro depozitləri dividendsiz qəbul olunur. Manat əmanətləri də cəlbediciliyi itirməkdədir. İllik əmanətlər 7 faiz gəlir gətirir. Bununla belə, illik 7 faizlik əmanət qəbul edən banklar gündəlik tələbat kreditlərinin faizini 30-dək yüksəldib".

Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov öz "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, Mərkəzi Bank Azərbaycan üzrə orta kredit faizinin 11.9 faiz olduğunu açıqlamasına rəğmən sistem əhəmiyyətli banklarda apardığımız statistik monitorinqlər göstərir ki, gündəlik tələbat kreditləri üzrə faizlər orta hesabla 29 faizdən az deyil: "Bu isə, o deməkdir ki, bank vətəndaşdan 7 faizlə aldığı manatı digər vətəndaşımıza 4 dəfə baha faizlə kredit formasında təklif edir. Xarici valyutalar üzrə isə daha yüksək fərq müşahidə edilməkdədir".

Ekspert bildirib ki, Mərkəzi Bankın rəsmi statistikasına əsasən, bu ilin iyul ayında banklarda fiziki şəxslərin əmanət portfeli əvvəlki aya nisbətən 8 milyard 109 milyon manatdan 8 milyard 49 milyon manatadək azalıb: "Bu isə, o deməkdir ki, depozit portfelində aylıq 60 milyon manat azalma qeydə alınıb. Kredit qoyuluşlarının 12 milyard 170 milyon manat olduğunu nəzərə alsaq, fiziki şəxslər üzrə əmanət portfeli ümumi kreditləşmənin 66 faizindən çoxunu təşkil edir. Belə olan halda isə əmanət faizləri ilə kredit faizləri arasındakı bu uçurumu izah etmək çox çətindir".

Onun fikrincə, əmanətlərin aşağı faizlə cəlb edilməsi bank yığımlara da marağın azalmasına gətirib çıxaran səbəblərdəndir: "Bir sıra banklar kreditləşmə çətinliklərinin olduğunu deyərək böyük həcmdə əmanət cəlb etməkdə maraqlı olmadıqlarını bildirsələr də, bu, heç də yüksək kredit faizləri üçün əsas ola bilməz. Kreditlərin yüksək faizi bankların risklərini sığortalamır, əksinə onlar üçün yeni risklər yaradır. Problemli kreditlərinin həcmindəki artım da bundan xəbər verir".

"Belə ki, Mərkəzi Bankın statistikasına görə, bu ilin may ayında 1 milyard 710 milyon manat olan problemli kreditlərin həcmi iyunda 1 milyard 745 milyon manata, iyulda 1 milyard 782 milyon manatadək yüksəlib. Deməli, uzun müddət davam edən yüksək bank faizləri fonunda problemli kreditlərin də həcmində artımlar müşahidə edilir. Qeyd edək ki, problemli kreditlərin artımı yalnız xarici valyuta deyil, həmçinin manat kreditlərində də müşahidə edilir" — deyə V.Bayramov qeyd edib.

"Göründüyü kimi, kredit faizlərinin tənzimlənməsi üçün liberal iqtisadi qanunlar çərçivəsində həm Mərkəzi Bank, həm da Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən prosesə müdaxilə edilməsi vacibdir. Bank sektorunda rəqabətin gücləndirilməsi istiqamətində tədbirlərin genişləndirilməsinə ehtiyac var" — deyə ekspert əlavə edib.

454
Teqlər:
faiz, Vüqar Bayramov, kredit, bank
Əlaqədar
Vüqar Bayramov: “Əmək hüquqlarının qorunmasında çətinliklər artıb”
Vüqar Bayramov: “Hökumət çalışmalıdır ki, xərcləmələri tənzimləsin”
Vüqar Bayramov "qara piar araşdırmaçıları"nı ifşa etdi
"Mərkəzi Bank pul-kredit siyasətini yumşaltmalı və faiz dərəcələrini endirməlidir"
Sərt tədbirlər gəlir: Borcluların bank hesabına sərəncam qoyulacaq
Azərbaycanda bank rəhbəri dəyişdi
Kompüter arxasında qız, arxiv şəkli

Dəyişikliyin astanasındayıq: ənənəvi peşələr əhəmiyyətini itirəcək

0
(Yenilənib 02:14 04.08.2020)
"Çox güman ki, turizm agentliklərinin getdikcə sıradan çıxmasının şahidi olacağıq. Bir yükləmə ilə bilet almaq, otel seçmək, tur seçmək mümkündürsə, artıq fiziki turoperatorlara ehtiyac qalmayacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 4 avqust — Sputnik. "Son 150-200 ildə 90 faiz peşələr dəyişib. Zaman-zaman yeni peşələrin yaranması və ənənəvi peşələrin tamamilə sıradan çıxması mümkündür. 60 il bundan qabaq liftçi qızlar var idi, artıq bu gün yoxdur".

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a pandemiya dövründə dünyada yeni peşələrin önə çıxmasından, bir sıra ənənəvi peşələrin isə əhəmiyyətini itirə biləcəyindən danışarkən deyib.

O bildirib ki, koronavirus pandemiyası dünyanın rəqəmsallaşmasını xeyli sürətləndirəcək:

"Artıq bir sıra ölkələr rəqəmsal iqtisadiyyata keçidi daha da sürətləndirib. Rəqəmsal iqtisadiyyatın gətirdiyi yeni peşələr daha çox populyar olacaq. Onlayn satışlar və onlayn xidmətlər kimi peşələr daha çox populyar olacaq. Yəqin, gənclərin də bu sahələrə marağı artacaq".

Ənənəvi peşələr ilə bağlı danışan ekspert bildirib ki, rəqəmsallaşma artdıqca, məsələn, ənənəvi bankçılıq dəyişəcək: "Yəni bank şöbələrinin fiziki olaraq qalmasına ehtiyac qalmayacaq. 

Çox güman ki, turizm agentliklərinin getdikcə sıradan çıxmasının şahidi olacağıq. Bir yükləmə ilə bilet almaq, otel seçmək, tur seçmək mümkündürsə, artıq fiziki turoperatorlara ehtiyac qalmayacaq. Bu sahədə də ciddi azalmanın olması ehtimalı var. Dünyada artıq 250 minə yaxın restoran və kafenin bağlandığı xəbərləri var. Bu, çox böyük rəqəmdir və getdikcə bu tendensiya da arta bilər. İnsanların pandemiyadan doğan davranış qaydaları da dəyişir".

"Bütün bunlar yeni iş yerlərinin yaranmasına, yeni istiqamətlərin formalaşmasına, bir sıra köhnə peşələrin isə yavaş-yavaş sıradan çıxmasına səbəb olacaq. Məsələn, son zamanlar Avropada ən populyar yeni peşələrdən biri onlayn psixoloqlardır. Onlayn psixoloji yardım göstərərək pul qazana bilirlər", - deyə o qeyd edib.

Ekspert bildirib ki, rəqəmsal iqtisadiyyat istehsal və xidmət sahələrinin daha çox elektronlaşmasına, robotlaşmasına yol açır:

"Artıq müxtəlif mobil tətbiqlər mövcuddur. İnsanlar mobil tətbiq vasitəsilə həkimi ilə görüşə bilirlər və beləcə həkimə getməyə ehtiyac qalmır. Şəxsin xroniki xəstəliklər, ürək döyüntüsü, təzyiq ilə bağlı məlumatlarının, hətta analizlərin cavablarının onlayn rejimdə həkimə ötürülməsi və ondan məsləhətlər alınması mümkündür. Bir çox sahələr artıq rəqəmsallaşır, kağız dönəmi bitir".

"İstehsalın forması dəyişir, yəni istehsalda fiziki əməkdən daha çox, süni intellektdən, robotlardan istifadə genişlənir. Məsələn, 100 il əvvəl bir "Ford" avtomobilinin istehsalında 12 nəfərin əməyi var idisə, 50 il bundan əvvəl 5 nəfərin, bu gün isə 1 operatorun əməyi var. Bu da işsizlik ilə bağlı müxtəlif problemlər yaradır. Və dünyanı yaxın gələcəkdə ən çox məşğul edən problemlərdən biri də sərbəst qalmış əmək bazarının müxtəlif istiqamətlərə yönləndirilməsi olacaq", - deyə ekspert əlavə edib.

0
Əlaqədar
İş var: Altı ayda Azərbaycanda nə qədər adam işlə təmin edilib
Prezidentdən yeni nazirə tapşırıq: "Elə etməliyik ki, vətəndaşlar işlə təmin edilsinlər"
Kosmobioloq və neyroqastronom: koronavirusdan sonra hansı peşələr dəbdə olacaq?
Yeni təhsil islahatları – mütəxəssis olmaq üçün bəzilərinə kollec diplomu bəs etməyəcək
Azərbaycan məktəblərində şagirdlərə gələcəyi görməyi öyrədəcəklər: bu, mistika deyil
ABŞ-da epidemioloji vəziyyət

“Vaksin yarışı” Qərb Rusiyanı ittiham edir

0
(Yenilənib 01:57 04.08.2020)
Piar müstəvisində kollektiv Qərb, eləcə də konkret olaraq ABŞ və Böyük Britaniya bir neçə ciddi “koronavirus travması” aldı

BAKI, 4 avqust — Sputnik, İvan Danilov. Koronavirus pandemiyası dünya iqtisadiyyatını dizləri üstə qoyandan təxminən bir ay sonra siyasət və media dünyasında yeni beynəlxalq yarış “janrı” peyda oldu, onu kinayə ilə “vaksin yarışı” adlandıra bilərik. Koronavirusun kollektiv Qərbə iki dəfə psixoloji travma vurduğunu nəzərə alsaq, bu yarışda qalibiyyət təkcə siyasi deyil, həm də Qərb cəmiyyətinin özünə hörmətinin qorunması nöqteyi-nəzərindən siyasi və prinsipial məsələyə çevrildi.

Avropa humanizminin ən yaxşı ənənələri ilə böyümüş (müasir dünyada bu, əsasən avropalı və ya amerikalı yox, sovet və ya Rusiya təhsilli şəxs anlamına gəlir) insan üçün Qərbin vaksin yarışını anlamaq xeyli çətindir, amma bunu müasir ABŞ və Böyük Britaniyanın əsas sənayesi, yəni siyasi və kommersiya piarı nöqteyi-nəzərindən izah etmık olar.

Piar müstəvisində kollektiv Qərb, eləcə də konkret olaraq ABŞ və Böyük Britaniya bir neçə ciddi “koronavirus travması” aldı. Əvvəla, məlum oldu ki, uzaq (eləcə də, London və Vaşinqton siyasətçilərinin stereotiplərinə görə, “həddən ziyadə totalitar və müəyyən dərəcədə geridəqalmış”) Çin epidemiyanı daha yaxşı dəf edə bildi, problemi daha tez dərk etdi və iqtisadi ziyanı səmərəli şəkildə məhdudlaşdırdı. Bu fonda ABŞ və Böyük Britaniya, eləcə də bəzi Avropa İttifaqı ölkələri hətta öz patriotlarının gözündə elə də yaxşı görünmürlər. 

Kollektiv Qərbin özünəinamına növbəti zərbəni istəmədən (belə də olur) Rusiya vurdu – koronavirusdan “alçaldıcı dərəcədə” aşağı ölüm faizinə və kütləvi test aparılmasının təmin olunmasına Qərb KİV-ləri dişlərini qıcadı, statistika ilə oynamaq barədə sübutsuz ittihamlar irəli sürüldü. Amma statistika (ÜST-ün qiymətləndirilməsindən savayı) açıq-aşkar  idi: Nyu-Yorkda epidemiya qurbanlarını küçələrdəki refrijeratorlara yığırdılar və elə təkcə bu fakt tibbi və dövlət idarəetməsinin keyfiyyət fərqini anlamaq üçün kifayət edir. 

Və bu fonda, tələb olunan xərclərdən və istənilən mümkün risklərdən asılı olmayaraq, kollektiv Qərb üçün (eləcə də bir neçə konkret iddialı qərb siyasətçisi üçün) vaksinin istehsalında birincilik imic nöqteyi-nəzərindən həyati vacib  məsələyə dönür, çünki, məsələn, ABŞ-ın hələ də “dünyada nömrə bir olduğunu” sübut etmək gərəkdir.

Koronavirus vaksini, arxiv şəkli
© REUTERS / REUTERS / Dado Ruvic / Illustration / File Photo

Eyni zamanda Amerika KİV-lərini oxuyanda qəribə təəssürat yaranır: partiyaya mənsubluqdan və nəşrin sahiblərinin Donald Trampa rəğbət və ya nifrət bəsləməsindən asılı olaraq konkret redaksiyalar vaksinin hazırlanması ilə məşğul olan ya Amerika, ya Britaniya, ya Almaniya, ya da hətta Hindistan şirkət və universitetlərinə azarkeşlik edirlər, hədəf də budur ki, vaksin yarışında qalibiyyət “düzgün olan ölkənin” hansısa qurumuna qismət olsun, “Trampın lənətə gəlmiş rejimi isə” bundan siyasi bonus qazana bilməsin.

Makrosəviyyədə də analoji münaqişə mövcuddur: NATO və ya G7 üzrə müttəfiqlərilə səylərini koordinasiya etmək əvəzinə, bəzi alman KİV-lərinin yazdığına görə, rəsmi Vaşinqton Almaniyadakı perspektiv, vacib antikoronavirus layihəsi olan biotexnologiya laboratoriyasını ələ keçirərək ABŞ-a köçürməyə cəhd eləmişdi. 

Bu kontekstdə Rusiya və ya Çinin koronavirus əleyhinə vaksinin kütləvi istifadəsinə yaxın olduqları barədə istənilən məlumatın Qərb informasiya məkanında əsl anafilaktik şok effekti yaratması məntiqidir.

Əlbəttə, güman etmək olar ki, Amerikanın tibb məmurları doğrudan da yalnız peşə mülahizələrini rəhbər tuturlar, ancaq yuxarıda deyilənləri nəzərə alsaq, müəyyən siyasi anqajementin mövcudluğuna dair ciddi şübhələr var.  Rusiya həkimlərinin bu payızda kütləvi peyvəndə başlaması planları, eləcə də Çinin mümkün uğurlu vaksin sınaqları keçirdiyi barədə xəbərlərə rəsmi reaksiyaya misal qismində Amerikanın əsas infeksionistinin The Wall Street Journal-da dərc olunmuş mövqeyini göstərmək olar: 

“ABŞ-da infeksion xəstəliklər üzrə əsas ekspert, doktor Entoni Fauçi cümə günü konqresin COVID-19 üzrə alt komitəsində dinləmələr zamanı bəyan etdi ki, ABŞ, çox güman ki, Çin və ya Rusiyada hazırlanmış vaksinlərdən istifadə etməyəcək. “Mən, doğrudan da ümid edirəm ki, çinlilər və ruslar vaksini kiməsə vurmazdan əvvəl onu həqiqətən sınaqdan keçirirlər, - o deyib. – Vaksinin test olunmamışdan əvvəl yayılması üçün hazır olması barədə xəbərlər, hesab edirəm ki, ən yaxşı halda, problematikdir”. Doktor Fauçi eləcə də bildirib ki, ABŞ-ın vaksini ilin sonunadək əldə edəcəyinə ümud edir”.

Bloomberg informasiya agentliyinin müxtəlif ölkələrdə hazırlanan mümkün vaksinlərin müqayisəli təhlilinə diqqət yetirsək, o zaman Fauçinin, güman ki, Amerikanın Moderna şirkətinin vaksininə ümid etdiyini deyə bilərik.

Maraqlıdır ki, Bloomberg-in trekerində Rusiyanın vaksin layihələri yer almayıb (ən azından məqalə yazılanadək belə idi), bu isə qərb oxucusunda Rusiyanın imkanları barədə yanlış təsəvvür doğurur, çünki o zaman belə çıxacaq ki, Rusiyanın vaksini “yox yerdən çıxdı”.

“Vaksin yarışı”nın necə davam etdiriləcəyini artıq indidən təxmin eləmək mümkündür: Rusiya və Çin peyvəndlərini dərhal təhlükəli elan edəcək, bunu feyk-nyuz janrında olan informasiya yığını ilə müşayiət edəcəklər. Bununla paralel olaraq Qərb auditoriyasının skeptik qisminin inandırılması üçün vaksinlərin işlədiyi təqdirdə onların guya Çin, İran və Rusiya hakerləri tərəfindən əldə olunan məlumatlar əsasında hazırlandığı barədə tezis yürüdəcəklər, özü də ictimai rəyin müvafiq hazırlanması prosesi artıq aparılıb.  Müdafiənin final xətti isə Rusiya və Çinin ədəbsizcəsinə “vaksin millətçiliyi”nə və epidemiya ilə mübarizənin hansısa beynəlxalq yarışa döndərilməsi arzusuna görə ittiham edilməsi olacaq. Paralel rejimdə isə belə vacib məsələdə Pekin və ya Moskvadan asılı olmamaq üçün Qərbin öz vaksinini hazırlamasının vacibliyi tezisi yürüdüləcək. 

Bu cür yanaşmada problem bundadır ki, bu “nəzarət olunan geri çəkilmədə” – bunun amansız reallıq qarşısında geri çəkilmə olmasına artıq heç bir şübhə qalmayıb – Qərbin media maşını öz auditoriyasının seqmentlərinin inamını getdikcə daha çox itirməyə başlayacaq.

Bütün bunlar isə Rusiya və Çin dezinformasiyasi ilə mübarizənin vacibliyi barədə növbəti konfranslar və Amerikanın və Avropanın profil strukturlarının öncəki möhtəşəm imiclərini qaytarmaq üçün pul ayrılması tələbləri ilə yekunlaşacaq. Ancaq auditoriyanın inamını itirmək asan, bərpa etmək çox çətindir, özü də koronavirus onsuz da Qərb dünyasında mövcud olan ictimai inamın deqradasiyası proseslərini daha da sürətləndirdi. Qərbin media aləminin eyham vurduğu Rusiya, Çin və digər “növbətçi günahkarlar”ın isə əslində bu problemə heç biri aidiyyatı yoxdur və bizim qərbli partnyorlarımız “vaksin millətçiliyindən” öz günahları üzündən əziyyət çəkirlər, özü də yalnızlıqda.

 

0
Əlaqədar
Özümüzünküləri darda qoymuruq: Rusiya COVID-19-la mübarizədə qonşularına necə kömək edir
Pulsuz olacaq – Amma bizdə yox, onlarda
Az qaldı - Rusiya virus əleyhinə daha bir vaksinin sınaqlarına başlayır
COVID-19-la mübarizə qripə yoluxmanı da azaldıb - TƏBİB
COVID-19-un qarşısını alan anticisimlər aşkarlandı