Hüsnü Mübarək

Eks-prezidentə növbəti zərbə

36
(Yenilənib 13:05 17.09.2018)
Mübarək həbs həyatı yaşadığı hərbi hospitalı tərk etdikdən sonra Heliopolis şəhərindəki evinə qayıdıb

BAKI, 17 sentyabr — Sputnik. Qahirədə keçmiş Misir prezidenti Hüsnü Mübarəkin iki oğlu həbs edilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Qahirə məhkəməsi 57 yaşlı Əla və 54 yaşlı Hamal haqqında qərar qəbul edib.

Onlar maliyyə fırıldağında ittiham olunurlar. Ancaq qardaşlar öz günahlarını qəbul etmirlər.

Məhkəmə, istintaq prosesi başa çatana qədər onların şəhərin yaxınlığında həbsxanada saxlanılmasına qərar verib.

Xatırladaq ki, keçmiş Misir prezidenti Hüsnü Mübarək keçən ilin mart ayında 6 illik həbsdən sonra azadlığa çıxıb.

Mübarək həbs həyatı yaşadığı hərbi hospitalı tərk etdikdən sonra Heliopolis şəhərindəki evinə qayıdıb.

36
Teqlər:
oğlu, Hüsnü Mübarək, məhkəmə, həbs
Əlaqədar
"Nursultan Nazarbayev nə Bin Əlidir, nə də Hüsnü Mübarək"
Hüsnü Mübarək və oğlanları görün nədə ittiham olunurlar