Cənubi Qafqazın ən güclü ordusu məlum oldu

© APAAzərbaycan ordusu
Azərbaycan ordusu - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan hərbi gücünə görə dünya reytinqində 2017-ci illə müqayisədə beş pillə irəliləyərək, 53-cü mövqedə qərarlaşıb

BAKI, 17 sentyabr — Sputnik. "Global Firepower" dünya ölkələrinin ordularının yeni reytinqini açıqlayıb. Sputnik Azərbaycan-ın Oxu.Az-a istinadən  məlumatına görə, Azərbaycan hərbi gücünə görə dünya reytinqində 2017-ci illə müqayisədə beş pillə irəliləyərək, 53-cü mövqedə qərarlaşıb. 

Raket və artilleriya birləşmələri döyüş atışlı taktiki təlimlər keçirib - Sputnik Azərbaycan
Azərbaycan Ordusu hərəkətə keçdi: 20 mindən artıq əsgər, 200-dən çox tank, 120 raket...

Ermənistan ordusu 84-cü, Gürcüstan Silahlı Qüvvələri isə 82-ci yerdə qərarlaşıb.

Türkiyə Silahlı Qüvvələri doqquzuncu, İran isə 13-cü yerə layiq görülüb.

İlk onluqda ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Türkiyə və Almaniya orduları yer alıb.

"Global Firepower Index" reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil və çıxarışlar etməkdir.

Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün "Global Firepower Index"in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır.

Xəbər lenti
0