Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri

Azərbaycan Ordusu düşmənin ön xətt qüvvələrini darmadağın etməyə hazırlaşır - FOTO

748
(Yenilənib 10:59 17.09.2018)
Sentyabrın 22-dək davam edəcək təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika cəlb olunub

BAKI, 17 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə sentyabrın 17-dən Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıb
© Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıb

Sentyabrın 22-dək davam edəcək təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb edilib.

748
Teqlər:
genişmiqyaslı əməliyyat-taktiki təlimlər, Azərbaycan Ordusu, Müdafiə Nazirliyi, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Əlaqədar
İki ölkə birgə hərbi təlim keçirəcək
Hərbi Hava Qüvvələrinin yeni Təlim Məşq Poliqonu istifadəyə verilib
Hərbi Hava Qüvvələri təlim-məşq uçuşları keçirir
Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğrayıb