Prezident İlham Əliyev

Din xadimləri İlham Əliyevə müraciət ediblər

30
(Yenilənib 10:37 17.09.2018)
Müraciətdə dini konfessiya rəhbərləri Azərbaycan müxtəlif millətlərin və dinlərin nümayəndələrinin qardaşlıq və həmrəylik şəraitində yaşadığını vurğulayıblar

BAKI, 17 sentyabr — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycanın arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Avropa yəhudilərinin Bakı icmasının sədri Aleksandr Şarovski, Alban-udi dini icmaslnln sədri Robert Mobili İlhahiyyət İnstitunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə dini konfessiya rəhbərləri dünyanın bir çox ölkəsində ksenofobiya, islamofobiya, antisemitizm, irqi ayrı-seçkiliyin tüğyan etdiyi bir dövrdə Azərbaycan müxtəlif millətlərin və dinlərin nümayəndələrinin qardaşlıq və həmrəylik şəraitində yaşadığını, ölkədəki bu tolerant mühitin Ümummilli lider Heydər Əliyevin mütərəqqi dövlət-din siyasəti nəticəsində yaradıldığını və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.

Azərbaycan İlahiyyat İnstitutunun istər İslam dini, istərsə də digər dünya dinlərini dərindən bilən, dövlətçiliyin keşiyində duran yüksək ixtisaslı dinşünas və islamşünas kadrlar hazırlayaraq, təkcə Azərbaycan deyil, bütün dünyada tanınan ali təhsil müəssisələrindən birinə çevriləcəyinə inamlarını ifadə edən müraciət müəllifləri Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasına, multikulturalizm və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə göstərilən qayğının əyani göstəricisi olan Azərbaycan İlahiyyat İnstitutunun yaranması haqqında imzaladığı sərəncama görə Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.

30
Teqlər:
Qafqaz Müsəlmanları İdarəsi, Prezident, İlham Əliyev, müraciət
Əlaqədar
Prezident əsgərlərin andiçmə mərasimində iştirak edib
Prezident məşhur mədəniyyət xadimini təltif edib
Prezident İnam Kərimovla bağlı qərar verdi
Prezident paytaxtdakı bir sıra məktəblərdəki şəraitlə tanış olub
Prezident 102 tələbəyə yüksək təqaüd ayırdı
Prezident 6 min adamı sevindirdi
Gürcüstandakı prezident seçkilərində əsas namizəd bəlli oldu
Gürcüstanda yaşayan azərbaycanlılar prezident seçkilərindən nə gözləyir?
Azərbaycanda ilk prezident seçkilərinin keçirildiyi gün