Nizami stansiyasının vestibülü

Bakı metropoliteni xüsusi layihə təqdim edəcək

97
(Yenilənib 14:14 14.09.2018)
Budəfəki proqramda canlı musiqi "İçərişəhər", "Sahil", "28 May" və "Elmlər Akademiyası" stansiyalarında baş tutacaq

BAKI, 14 sentyabr — Sputnik. "Bakı Metropoliteni" QSC, ənənəsinə sadiq qalaraq, 18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək.

Bakı Metropoliteninin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-də sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq.

Musiqi proqramına milli və klassik musiqi nümunələri daxildir. Budəfəki proqramda canlı musiqi "İçərişəhər", "Sahil", "28 May" və "Elmlər Akademiyası" stansiyalarında aşağıda göstərilən saatlarda səsləndiriləcək:

— "İçərişəhər" stansiyası – saat 11:00-12:30;

— "Sahil" stansiyası – saat 12:00-13:30.

— "28 May" stansiyası – saat 13:00-14:30;

— "Elmlər Akademiyası" stansiyası – saat 14:00-15:30.

97
Teqlər:
metro
Əlaqədar
Bu metro stansiyasında məhdudiyyət müvəqqəti götürülür
Metro ilə gedənlər üçün önəmli xəbər
Azərbaycanda metro və marşrut avtobuslarında gediş haqqı artırıldı
Bakının mərkəzində fövqəladə hadisə: Metro stansiyasının yaxınlığında yol çökdü - VİDEO
Tbilisidə metro fəaliyyətini dayandırdı, avtobuslar pulsuz xidmətə keçdi
Metro pulsuz oldu – İlginc səbəb
Metro sərnişinlərinin nəzərinə: Yeni xidmət istifadəyə verildi

Hikmət Hacıyev dünyanın aparıcı KİV-lərini Qarabağ döyüşləri barədə məlumatlandırdı

3
Mülki əhali arasında həlak olan və yaralananların olduğunu təəssüflə bildirən Prezident köməkçisi indiyədək 2-si azyaşlı olmaqla 10 nəfərin həlak olduğunu və 30 nəfərin yaralandığını qeyd edib

BAKI, 29 sentyabr — Sputnik. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Respublikasında akkreditə olunmuş dünyanın aparıcı xarici KİV nümayəndələrinə (Wall Street Journal, Reuters, Voice of America, New York Times, CNN International, Politico, Deutsche Well, El Pais, El Periodico, ORF, Bloomberg və Journo) videoformatda mətbuat brifinqi verib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, Ermənistan silahlı qüvvələrinin son təxribatları barədə məlumat verən H.Hacıyev cəbhəboyu zonada yerləşən mövqelərimizin və yaşayış məntəqələrimizin qəsdən intensiv surətdə atəşə tutulduğunu bildirib.

Mülki əhali arasında həlak olan və yaralananların olduğunu təəssüflə bildirən Prezident köməkçisi indiyədək 2-si azyaşlı olmaqla 10 nəfərin həlak olduğunu və 30 nəfərin yaralandığını qeyd edib.

Habelə, H.Hacıyev ordumuzun əsas məqsədinin Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, ələlxüsus ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün təmin edilməsi olduğunu bildirib.

Daha sonra, H.Hacıyev jurnalistlərin suallarını cavablandırmış və onları Azərbaycana dəvət edib.

3
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Rəsmi Bakı BMT Təhlükəsizlik Şurasından gözləntisini açıqladı
"Qoşunların təmas xətti boyu əməliyyatlar davam edir, bu, vətən müharibəsidir!
Ermənistan ərazisindən Daşkəsən rayonu ərazisi atəşə tutulur
Rəsmi Bakı: Ermənistanın hərbi təcavüzü nəticəsində 10 mülki şəxs həlak olub
Prezidentin köməkçisi Ermənistanın son təxribatı ilə bağlı bəyanat yayıb

Müdafiə Nazirliyi: Ermənistan ordusunun alay komandiri ağır yaralanıb

20
Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-cu alayının komandiri polkovnik Artyom Poqosyan ağır yaralanıb

BAKI, 29 sentyabr — Sputnik. Ermənistan ordusunun alay komandiri ağır yaralanıb.

Sputnik Azərbaycan bildirir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatı nəticəsində Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-cu alayının komandiri polkovnik Artyom Poqosyan ağır yaralanıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində müvəqqəti işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan məhv edilib. Həmçinin Eçmiədzin rayonunda dislokasiya olunan və işğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan bu gün məhv edilib.

20
Teqlər:
komandir, Ermənistan ordusu, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib
Hadrut istiqamətində Ermənistanın komanda müşahidə məntəqəsi darmadağın edilib
Rəsmi Bakı: Ermənistanın hərbi təcavüzü nəticəsində 10 mülki şəxs həlak olub
Ağdərə istiqamətində Ermənistan ordusunun tankı məhv edilib
Hüsənli kəndində Ermənistan ordusunun mərmisi yaşayış evini dağıdıb – VİDEO