Xavyer Kanningem

On yaşlı uşağın başına şiş batdı, ancaq ölmədi

68
(Yenilənib 20:21 14.09.2018)
Həkim uşağın sağ qalmasının milyonda bir rastlanacaq möcüzəvi hadisə olduğunu deyib

BAKI, 14 sentyabr — Sputnik. ABŞ-ın Kanzas ştatında 10 yaşlı uşaq möcüzəvi şəkildə sağ qalıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xavyer Kanningem keçən həftə sonu Harrisonvayldakı evlərinin bağçasındakı ağacdan hazırlanmış evdə oynadığı zaman yabanı arıların hücumuna məruz qalıb.

Başına şiş batmış uşağın rentgen şəkli
© Foto : Medical News Network via AP
Başına şiş batmış uşağın rentgen şəkli

Panikaya düşən uşaq ağacdan düşərkən yerdə olan şiş başına saplanıb. Şiş üzündən girib, damarlara zərər vurmadan boyununun ardından çıxıb.

Uşağı anası həkimə aparıb. Dərhal neyrocərrah tərəfindən əməliyyat olunub və nəticədə həyatı xilas edilib. Həkim uşağın sağ qalmasının milyonda bir rastlanacaq möcüzəvi hadisə olduğunu deyib.

68
Teqlər:
şiş, baş, uşaq
Əlaqədar
Paytaxtda uşaq bağçasında yanğın oldu
Bakıda böyüklərin təqib etdiyi uşaq kimdir: Ortada elə bir şübhə var ki...
Xəzər bu dəfə uşaq qatili oldu
Uşaq oğrularının aqibəti faciəli oldu: Polis heç nə edə bilmədi
Xəyanət, həbs, ölüm və 4 sahibsiz uşaq - Bakıda ərli qadın nə hoqqalardan çıxıb
Bakıda iki uşaq atası olan sahibkar intihar edib
Yanğın nəticəsində 6 uşaq ölüb