Азербайджанские сестры – танцовщицы Элина и Эмилия Мамедовы

Azərbaycanlılarla gürcülər Tbilisinin mərkəzində hind rəqsləri ifa ediblər

110
(Yenilənib 17:51 14.09.2018)
Azərbaycanlı rəqqasə bacılar gürcü həmkarları ilə birlikdə Tbilisinin mərkəzində "Jani Tera Naa" mahnısının sədaları altında hind rəqsi ifa ediblər

BAKI, 13 sentyabr — Sputnik. Azərbaycanlı rəqqasə bacılar — Elina və Emiliya Məmmədovalar gürcü həmkarları ilə birlikdə Tbilisinin mərkəzində "Jani Tera Naa" mahnısının sədaları altında hind rəqsi ifa ediblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, Elina bu barədə videoçarxı özünün "Instagram" səhifəsinə yerləşdirib. Bacılar Gürcüstana Bakıda istirahət etdikdən sonra yollanıblar. Onlar Tbilisini gəzmək və oradakı hind musiqisinin pərəstişkarı olan gürcü həmkarları ilə görüşmək üçün qonşu ölkəyə yollanıblar. Orada qərara gəliblər ki, vaxt itirmədən birgə rəqs istedadlarını nümayiş etdirib, bunu videoya çəkdirsinlər.

Elina və Emiliya Məmmədova bacıları öz ailələri ilə birlikdə Rusiyada yaşayırlar. Onların içində ən populyar olanı 8 yaşlı Elinadır. İki il hind filmlərinə baxdıqdan sonra Elinada hind rəqslərinə həvəs oyanıb və o, 5 yaşından Hindistanın milli rəqslərini ifa etməyə başlayıb. Nəticədə Elina Rusiyanın televiziya uşaq istedad şousu olan "Hamıdan yaxşı"da (Luçşe vsex) çıxış edərək geniş auditoriyaya özünün rəqs qabiliyyətini nümayiş etdirib.

110
Teqlər:
bacılar, hind, rəqs, azərbaycanlı
Əlaqədar
İçərişəhər sakininin danışan və rəqs edən "rusdilli" tutuquşusu
Elm izah edə bilmir: “Qırmızı kabuslar” yenə rəqs etdilər
"Mən rəqs edəcəyəm"
Ölümlə rəqs edənlər: Müəmmalı sağlamlıq üçün həyatlarını riskə atırlar
Unikal milli rəqs studiyasında 20 il
Şərq gözəlliyi və plastikası: Ən qədim rəqs
Dollar əskinasları və cüzdan, arxiv şəkli

Amerikalı milyarder düzgün investisiya etməyin sirlərini bölüşdü

2
(Yenilənib 23:11 27.02.2021)
Uorren Baffet fiksə edilmiş gəlir alətlərinə yatırım edənləri "kədərli gələcəyin" gözlədiyini bildirib.

BAKI, 27 fevral - Sputnik. Amerikanın Berkshire Hathaway holdinq şirkəti banisi Uorren Baffetin illik ismarıcını yayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, ismarıcda milyarder pərakəndə investorlara tövsiyələrini qeyd edib.

Onun sözlərinə görə, kapitalın əsasını "vaxt, daxili sakitlik, geniş diversifikasiya və əməliyyat sayı ilə komissiyaların minimuma ebdirilməsi" təşkil edir. 

"Aksiyalara sahib olmaq - müsbət məbləğlə oyun oynamaqdır. Hövsələli və ağıllı, portfel yığmış meymun S&P 500 siyahısından olan şirkətlərin yerləşdirildiyi nişangaha 50 ox atsa, vaxt keçdikdən sonra gəlir götürəcək, kapitalı artacaq, düzdür, gərək bu zaman şirnikib aktivlərə dəyişiklik eləməyə".

O həmçinin qeyd edib ki, hazırda istiqrazlar üçün yaxşı vaxt deyil, çünki ABŞ Maliyyə Nazirliyinin onillik istiqrazları, məsələn, 2020-ci ilin sonunda 1981-ci ilin sentyabrındakı gılirliliklə müqayisədə 94 faiz düşmüşdü. Baffet fiksə edilmiş gəlir alətlərinə yatırım edənləri isə "kədərli gələcəyin" gözlədiyini bildirib.

2
Teqlər:
ABŞ, sirr, milyarder, investisiya, investor
Həbsxana, arxiv şəkli

Yarım əsrlik həbsxana muzeyə çevrildi

3
(Yenilənib 22:33 27.02.2021)
Bir vaxtlar qadınların həbs cəzası çəkdikləri binanın muzeyə çevrilməsi üçün 2019-cu ildən bəri gedən hazırlıqlar artıq yekunlaşmaq üzrədir

 

BAKI, 27 fevral — Sputnik. Türkiyənin Sivas şəhərində 58 il qadın cəzaçəkmə müəssisəsi kimi istifadə edilən bina muzeyə çevrilir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Sivasda Sultan II Əbdülhəmid Xanın inşa etdirdiyi, lakin 60-cı illərdəki çevrilişdən sonra 58 il qadın cəzaçəkmə müəssisəsi olaraq fəaliyyət göstərən Həmidiyyə məktəbi muzeyə çevrilir.

Binanın muzeyə çevrilməsi üçün 2019-cu ildən bəri gedən hazırlıqlar artıq yekunlaşmaq üzrədir. Sənaye və Texnologiya Nazirliyinin dəstəyi ilə restavrasiya olunan Həmidiyyə məktəbi artıq Şəhər və Sənaye Məktəbi adı altında muzey kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, muzeyin restavrasiyasına 10 milyon türk lirəsi xərclənib.

3
Teqlər:
qadınlar, Türkiyә, muzey, həbsxana