CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Heyvanlar arasında öldürücü infeksiya yayılıb - Nazirlik xəbərdarlıq edir

© Sputnik / Murad OrujovЖертвенные бараны на праздник Гурбан Байрам
Жертвенные бараны на праздник Гурбан Байрам - Sputnik Azərbaycan
Abunə olmaq
Bradzot heyvanların birdən-birə ölməsi, şirdan və onikibarmaq bağırsağın hemorragik iltihabı, mədə-bağırsaq sistemində qazların toplanması ilə səciyyələnən infeksion xətəlikdir

BAKI, 13 sentyabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvanlar arasında yayıla bilən bradzot xəstəliyi ilə bağlı fermerlərə müraciət edib. 

Sputnik Azərbaycan bildirir ki, müraciətdə deyilir ki, bradzot itigedişli polibakterial toksikoinfeksiyalı (orqanizmin toksinlərlə zədələnməsi) olmaqla, heyvanların birdən-birə ölməsi, şirdan və onikibarmaq bağırsağın hemorragik iltihabı, mədə-bağırsaq sistemində qazların toplanması ilə səciyyələnən infeksion xətəlikdir. 

Обувь для жениха и невесты, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda nikaha daxil olanlarda təhlükəli xəstəlik tapılıb

Xəstəliyin törədicisi torpaqda və su tutarlarının çöküntülərində yayılan klostridiya mikroblarıdır. Bu mikroorqanizmlərin müxtəlif tipləri insan və heyvanların müxtəlif xəstəliklərinə: insanlar yaman keyfiyyətli şişi və qanqrena, dovşancıq və botulizm, quzular anaerob dizanteriya və anaerob enterotoksemiya, iribuynuzlu heyvanlar hemorroji enterotoksemiya, nekrotiki enterit və hepatit, batsilyar hemoqlobinuriya, qoyunlarenterotoksemiya, bradzot, yaman keyfiyyətli şiş, camışlar osteomielit və s. səbəb olur.

Xəstəliyə cinsindən və yaşından asılı olmayaraq, qoyunlar, əsasən, 2 yaşa qədər kök heyvanlar daha həssasdır. Nadir hallarda keçilər də bu xəstəliyə tutulur. Bradzot ilin bütün fəsillərində, xüsusi ilə yaz və payız aylarında daha çox baş verir. Bradzot ildırımvari və iti gedişli olur. İldırımvari gediş zamanı kliniki sağlam görünən heyvanlarda qəfildən ölüm baş verir. Xəstəliyin iti gedişində heyvanlarda güclü sinir tutmaları, timpaniya, ağızdan və burundan köpüklü maye axır. Xəstəliyin gedişatında heyvanda temperatur 40.5-41 C-ə çatır, təngnəfəslik, boğulma, qanlı ishal və heyvanlar yerə yıxılaraq ətrafları ilə üzmə hərəkəti edirlər.

Ölmüş heyvanların cəsədlərində köpmə müşahidə edilir, tez çürüyür. Təbii dəliklərdən qanlı köpüklü maye axır. Mədə önlükləri yemlə, bağırsaqlarda qazla dolu olur. Köks və qarın boşluğunda qanlı maye olur. Ağciyər dolu qanlı, ürək əzələsi nisbətən boş, epikard edpkorda qan sağıntıları, dalaq az böyümüş, qaraciyərdə nekroz sahələri görünür. Böyrəklər böyümüş, yumuşalmış, kapsulası asan sayılır.

Поголовье крупного рогатого скота, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycana yoluxucu xəstəlik keçə bilərmi - Qonşu ölkədən cavab

Xəstəliyin ildırımvari formasında müalicə effekt vermir, lakin iti formada biometsin, terrometsin və sintometsin antibiotiklərindən istifadə edilərək müalicə aparılır.

Bradzot xəstəliyinə qarşı profilaktiki olaraq otlaq və su mənbələrinin baytarlıq-sanitariya vəziyyətinə nəzarət olunmalıdır. Xəstəlik baş verdikdə heyvanların yeri dəyişdirilməlidir, yemlənməsinə fikir verməli, köp verən yemlər və şehli otlaqda otarılmamalıdır.

Bradzot xəstəliyinə qarşı profilaktiki olaraq heyvanları peyvəndləməyə cəlb etmək lazımdır. Bunun üçün hər il sağlam heyvanlar bradzot və digər xəstəliklər əleyhinə buraxılmış polivalent vaksinlə (koklavaks) təlimata uyğun peyvənd edilməlidir.

Bradzota qarşı müalicə və profilaktiki tədbirlər təsərrüfat sahibinin hesabına aparılır.

Bradzot xəstəliyinə qarşı təklif olunan preparatlar hər bir preparatın təlimatı əsasında baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.

Xəbər lenti
0