Ərəb şeyxləri ov edərkən

Təbiətə "divan tutmaq" istəyən ərəblər saxlanılıb

35
(Yenilənib 10:23 13.09.2018)
Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub

BAKI, 13 sentyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Neftçala rayonunun Uzunbabalı kəndi ərazisində müvafiq icazə olmadan ova cəhd edən 3 nəfər saxlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirlib ki, araşdırma zamanı ova cəhd edənlərin Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları Abdulrahman Fahad A Almehemid, Nasser Saleh H Alnuuayser, Fahad Sulaiman İ Alhumaid olduğu məlum olub. Onlardan 3 ov tüfəngi, 50 patron götürülüb.

Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.

35
Teqlər:
cərimə, qanunsuz, ov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Əlaqədar
Azərbaycanda qanunsuz ov edən daha iki ərəb saxlanıldı
Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanıldılar
Qanunsuz ov etməyə cəhd edən 48 nəfər saxlanılıb
Azərbaycanda qanunsuz ov edən İraq və Suriya vətəndaşları saxlanılıb