ABŞ konqresinin binası

ABŞ borc içində batır, büdcə kəsiri 1 trilyon olacaq

55
(Yenilənib 10:15 13.09.2018)
Ümumilikdə ABŞ-ın 21,3 trilyon dollardan çox borcu var

BAKI, 13 sentyabr — Sputnik. ABŞ-da büdcə kəsirinin bu il 1 trilyon dollara çatacağı gözlənilir.

Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, ABŞ Konqresinin büdcə ofisinin (CBO) hesabatına görə, ölkədə büdcə kəsiri avqust ayından etibarən 895 milyard dollara yüksəlib.

Büdcə kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 221 milyard dollar (33 faiz) artıb.

Hesabatda həmçinin hökumətin gəlir və xərcləri arasındakı fərqin ilin sonundan etibarən 1 trilyon dollara çatacağı proqnozu əksini tapıb.

ABŞ-ın hər il büdcə kəsiri səbəbindən 21,3 trilyon dollardan çox borcu var.

55
Teqlər:
büdcə kəsiri, trilyon, Konqres, ABŞ
Генеральная прокуратура Азербайджанской Республики

Erməni təxribatı nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb

8
(Yenilənib 11:20 21.10.2020)
Bundan başqa, 386 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 1981 yaşayış evi yarasız hala düşüb.

BAKI, 21 oktyabr - Sputnik. Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb.

Bundan başqa, 386 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 1981 yaşayış evi yarasız hala düşüb.

8
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Emin Şəkinski, arxiv şəkli

General Emin Şəkinski vəfat etdi

8
E.Şəkinski Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini, DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi, Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifələrində çalışıb.

BAKI, 21 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, general - mayor uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Şəkinski Emin Əkrəm oğlu 1960-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix, 1993-cü ildə hüquq fakültələrini bitirib.

1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb.

E.Şəkinski Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini, DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi, Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifələrində çalışıb.

8