Bu gün millimizi Malta sınağa çəkəcək

© Sputnik / Nina Zotina / Mediabanka keçidФутбол. Товарищеский матч. Аргентина - Нигерия
Футбол. Товарищеский матч. Аргентина - Нигерия - Sputnik Azərbaycan
Abunə olmaq
Oyunu Monteneqrodan olan hakimlər briqadası idarə edəcək

BAKI, 10 sentyabr — Sputnik. UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində bu gün, saat 22:45-də Ta Qali milli stadionunda Malta — Azərbaycan oyunu keçiriləcək.

Sputnik Azərbaycan AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunu Monteneqrodan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Nikola Dabanoviç, köməkçiləri isə Milovan Djukiç, Jovica Tatar və Aleksandar Djikanoviç olacaq.

Oyunda əlavə köməkçi hakimlər isə Milovan Milacic, Miloş Boşkoviç olacaq. Hakim-inspektor Luk Vilmes Lüksemburq, UEFA nümayəndəsi isə İngiltərəni təmsil edən Qraham Hover olacaq.

Xəbər lenti
0