Женщина фотографирует американский флаг во время празднования Дня независимости США в Атлантик-Бич

ABŞ səksəkədə, dəhşət yaxınlaşır

653
(Yenilənib 14:21 10.09.2018)
Qasırğanın Corciya əyalətinə də təsir edəcəyi bildirilir

BAKI, 10 sentyabr — Sputnik. ABŞ-da yeni bir qasırğanın olacağı proqnozu verilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Atlantik Okeanında "Florence" adlı fırtınanın gücünün artaraq qasırğaya çevrilib, ABŞ-ın şərqini vuracağı gözlənilir.

Məlumata görə, hazırda Atlantik Okeanın 2414 kilometrliyində olan "Florcense" fırtınası artıq I dərəcəli qasırğaya çevrilib.

Qasırğa səbəbilə ölkənin şərqində olan Virciniya, Şimali Koralina, Cənubi Koralinanın əyalət rəhbərləri fövqəladə vəziyyət elan edib. Qasırğanın Corciya əyalətinə də təsir edəcəyi bildirilir.

ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, ABŞ-ın şərqində bütün ərazilər, xüsusilə Şimali Floridadan, Şimali Karolinaya qədər olan ərazilər qasırğanın yaxınlaşmasını diqqətdə saxlanılmalı, bölgə sakinləri qasırğa planlarını hazır saxlamalı və yerli rəhbərliyin xəbərdarlıqlarına riayət etməlidirlər.

653
Teqlər:
"Florcense" fırtınası, qasırğa, ABŞ
Əlaqədar
Dəhşətli qasırğa başlayır: 200 min insan təhlükə ilə üz-üzədir
Qasırğa həyəcanı verildi, 30 minədək insan evindən didərgin düşdü
Qasırğa şəhər sakinlərini belə qorxutdu
Qasırğa ilə futbol oynadı, qardaşı isə bu anı videoya çəkdi
Qasırğa qurbanlarının sayı 240-a çatıb
Qasırğa baş nazirin evini uçurdu
Dəhşətli qasırğa insanları və ağacları pərən-pərən saldı - Görüntülər

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

9
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

9

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev