Öpüşməyə hazırlaşan xoşbəxt insanlar

"Əzizim, başım ağrıyır, indi yox..." mifi dağıdıldı

558
(Yenilənib 11:06 10.09.2018)
Seks miqren tutmalarının dayanmasına, ağrıların sakitləşməsinə səbəb olur

BAKI, 8 sentyabr — Sputnik. Qadınlar "Əzizim, indi yox, mənim başım ağrıyır" – deyə cinsi əlaqədə olmaqdan imtina edirlər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə həkim nevroloq Qalib Əsədov öz "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, qadınlar çox zaman düşünür ki, seks baş ağrısını daha da gücləndirəcək: "Bu tamamilə səhv fikirdir. Əksinə, seks nəinki baş ağrılarını yüngülləşdirir, hətta tam kəsə də bilir. Tez-tez miqren tutmasından əziyyət çəkən 50 qadın üzərində aparılan tədqiqatlar göstərib ki, onlardan 24-də cinsi əlaqədən dərhal sonra baş ağrısı dayanıb".

Həkim qeyd edib ki, orqazm zamanı beyindən çox miqdarda təbii ağrıkəsici vasitə — endofrin ifraz olunur. Bu da miqren tutmalarının dayanmasına, ağrıların sakitləşməsinə səbəb olur.

558
Teqlər:
orqazm, miqren, Qalib Əsədov, seks, baş ağrısı, qadın

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

0
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

0
İmtahan, arxiv şəkli

Nazirlikdən imtahanlarla bağlı açıqlama

3
(Yenilənib 22:45 15.01.2021)
Nicat Məmmədlinin sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib.

BAKI, 15 yanvar — Sputnik. "Pandemiyadan sonra – ola bilər ki, yaz, yaxud da daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib. Onun sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib. "İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir. Amma hazırkı pandemiya dövrü bizdən təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir".

Şöbə müdiri bildirib ki, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb: "Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək. Əslində keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Əsas vacib məsələ bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi".

3