Həkimlər, arxiv şəkli

Həkimlər ən təhlükəli plastik əməliyyatı göstərdilər - Ehtiyatlı olun!

126
(Yenilənib 05:01 08.09.2018)
Statistikaya görə budların dartılması ən təhlükəli plastik əməliyyatdır

BAKI, 8 sentyabr — Sputnik. Son zamanlar plastik cərrahiyyə daha geniş yayılıb və əlçatan olub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hazırda plastik cərrahiyyədən təkcə üz və bədən zədələrinin düzəldilməsi məqsədilə deyil, eyni zamanda xarici görünüşün dəyişdirilməsi üçün də istifadə edilir.

Mütəxəssislərə görə, bəzi plastik cərrahiyyə əməliyyatları ölümlə nəticələnə bilər. Məsələn, budların dartılması əməliyyatına son zamanlar daha çox üstünlük verilir.

Arzu Hümbətova estetik əməliyyata qıədər
© Foto A.Hümbətova tərəfindən təqdim olunub

Bu əməliyyatın daha təhlükəli olması barədə Mayamidə bir pasientin ölümündən sonra danışmağa başlayıblar.

Statistikaya görə budların dartılması ən təhlükəli plastik əməliyyatdır. 2017-ci ilin məlumatına görə, 700-ə yaxın plastik cərrah budların dartılması zamanı 32 ölüm və 103 ağırlaşma halının qeydə alındığını bildirib.

Budların dartılması əməliyyatı zamanı bədənin müxtəlif yerlərindən götürülmüş yağ budlara vurulur. Yanlış transplantasiya yağ emboliyasına səbəb ola bilər. Yəni, qan damarları yağla tıxana bilər. Yağ emboliyasının nəticələri ölümcül ola bilər. Belə ki, pulmonar kapilyarların tıxanması kəskin tənəffüs çatışmazlığına səbəb ola, beynin damarlarında qan axınının pozulması və iflic baş verə bilər.

Əməliyyat zamanı yağın yeridilməsi yeri və texnikası deyil, miqdarı vacibdir. Cərrahların çoxu 300 milliqrama qədər yağ ölçüsünü təhlükəsiz hesab edir.

126
Teqlər:
ölüm, təhlükə, bud dartılması, plastik əməliyyat
Azərpoçtun binası, arxiv şəkli

"Azərpoçt"a yeni baş direktor təyin olundu

3
Nazir Rəşad Nəbiyevin əmri ilə, bir müddət öncə "Azərpoçt" MMC-nin Baş direktoru Emin Ramiq oğlu Əfəndiyev tutduğu vəzifədən azad olunub.

BAKI, 2 mart — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-yə yeni baş direktor təyin edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, xəbər verir ki, nazir Rəşad Nəbiyevin əmri ilə, bu vəzifəyə Əfqan Cəlilov təyinat alıb. Qeyd edək ki, o, bu vaxta qədər baş direktorun müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Rəşad Nəbiyevin əmri ilə, bir müddət öncə "Azərpoçt" MMC-nin Baş direktoru Emin Ramiq oğlu Əfəndiyev tutduğu vəzifədən azad olunub.

3
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

"Qocalar Evi"nin peyvəndlənən sakinlərinin sayı açıqlandı

3
(Yenilənib 17:12 02.03.2021)
"Hələlik 60 nəfər vaksinasiya olunmayıb. Yaşlılar arasında bəziləri vaksinasiyadan imtina ediblər" - Murad Həşimov.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. Sosial Xidmətlər Agentliyinin “Qocalar evi” kimi tanınan Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin habelə Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin sakinlərinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası işləri aparılır. Bu barədə agentliyin mətbuat katibi Murad Həşimov Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, hazırda ahıllar evində yaşayan sakinlərin sayı 195-dir ki, hələlik onlardan 37 nəfəri peyvənd olunub. Yataq xəstəsi olan 98 nəfərə isə müəssisənin özündə peyvənd vurulacaq".

"Hələlik ki, 60 nəfər vaksinasiya olunmayıb. Yaşlılar arasında bəziləri vaksinasiyadan imtina ediblər".

Qeyd edək ki, peyvəndləmə işləri sakinlərin sağlamlıq və fiziki vəziyyətlərindən asılı olaraq iki istiqamətdə aparılır: müəssisəni tərk etmək imkanı olan şəxslər tibb müəssisələrinə aparılaraq peyvənd olunurlar. Digərləri üçün isə tibb işçiləri müəssisəyə dəvət edilir, sakinlərin peyvəndlənməsini yerində həyata keçirirlər.

3