Ovçu

Azərbaycanda ov etmək istəyən əcnəbilərə xəbərdarlıq edildi

32
(Yenilənib 12:19 07.09.2018)
Azərbaycanda ov etmək istəyən xarici vətəndaşlar mütləq şəkildə müvafiq şirkətlərə müraciət etməlidirlər

BAKI, 7 sentyabr — Sputnik. Ekologiya v­ə Təbii Sərvətlər Naz­irliyi (ETSN) Azərbaycanda ov etmək istəyən əcnəbilərə xəbərdarlıq edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ETSN-də bu gün keçirilən m­ətbuat konfransında məlumat verilib.  

Adamlar
© Sputnik / Murad Orujov

ETSN-nin Bioloji Müx­təlifliyin Qorunması və Xüsusi Mühafizə Ol­unan Təbiət Əraziləri­nin İnkişafı Departam­entinin direktoru Hik­mət Əlizadə bildirib ki, Azərbaycanda ov etmək istəyən xarici vətəndaşlar mütləq şəkildə müvafiq şirkətlərə müraciət etməlidirlər.

Qurum rəsmisi onu da qeyd edib ki, həmin şirkətlər də əməkdaşlıq etmək üçün müvafiq qaydada nazirliyə müraciət etməlidir: "Hansı şirkətin uğurlu təcrübəsi varsa, biz onlarla əməkdaşlıq etməyə hazırıq. Ov təşkil etmək istəyən şirkətlərlə iltizam imzalanır. Məqsədimiz Azərbaycanda sivil qaydada ov aparılmasıdır. Ov elə aparılmalıdır ki, ətraf mühitə ciddi ziyan dəyməsin".

H.Əlizadə qeyd edib ki, ov mövsümü başlayandan bu günə kimi — 3 ay ərzində 10 şirkət xarici ovçuların ovunu təşkil etmək üçün nazirliyə müraciət edib. Yeddi şirkət dağ kəlinin, üç şirkət isə quş ovunu təşkil etmək üçün müraciət edib və şirkətlərin hər birinin müraciətinə müsbət cavab verilib.

32
Teqlər:
Ekologiya v­ə Təbii Sərvətlər Naz­irliyi, ov, xəbərdarlıq
Əlaqədar
ETSN hava şəraitindən gözləntiləri açıqladı
Bakının havasında nə baş verir - ETSN açıqladı
ETSN-dən açıqlama: Qızmar yay başlayır
ETSN əhalini xəbərdar edir
ETSN: Bakı avtovağzalının qarşısındakı yolda çökmə prosesi aktivləşib
ETSN rəsmisi: Avtovağzalın qarşısındakı sürüşmə artmır
ETSN xəbərdarlıq edir
ETSN: Kür və Araz çaylarındakı çirklənmə normadan dəfələrlə artıqdır