Bakıda 15 sentyabr – Bilik Günü qeyd edilldi

Bakı məktəblərində bu il təhsil alacaq şagirdlərin sayı açıqlanıb

32
(Yenilənib 14:21 06.09.2018)
BŞTİ-nin tabeliyindəki məktəblərdə 442 147 şagird təhsil alacaq

BAKI, 6 sentyabr — Sputnik. Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 442 147 şagird təhsil alacaq. Bu barədə Sputnik Azərbaycan Bakı Şəhər Təhsil İdarəsinin rəsmi saytına istinadən xəbər verir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 47 000-dən çox, IX sinfində 30 139, X sinfində 21 102, XI sinfində 20 379, XII sinfində 690 şagird təhsil alacaq. 

Bakıdakı 263 ümumi təhsil müəssisəsində 940 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 17 500-dən çox ərizənin onlayn qeydiyyatı (06.09.2018-ci il tarixinə saat 11:00-a olan məlumata əsasən) aparılıb. 2018-2019-cu tədris ilində 5 yaşlıların 75 faizi məktəbəhazırlığa cəlb ediləcək.

Avqustun 6-na (saat 11:00) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 46 420 sorğu yerləşdirilib. Onlardan 43 827-si ümumi təhsil məktəblərini, 2 593-ü isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 98 faizinə yaxındır.

2018-2019-cu dərs ilində 217 məktəbdə 483 təmayül sinfin təşkil olunması nəzərdə tutulur.

Paytaxtın ümumi təhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir. 2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 13 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, mövcud olan 2 məktəb binasının və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin (ümumilikdə 4 məktəb) inşası başa çatıb. Eləcə də 1 məktəbin qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi həyata keçirilib. Həmçinin, 1 məktəb üçün 1416 şagird yerlik yeni binanın tikintisi və 25 məktəbdə cari təmir və mühəndis kommunikasiya işləri aparılıb. 

Ümumi təhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu işlər ümumilikdə, tədris alanların təhsil şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Təhsil nazirinin əmrinə əsasən, ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ilində ilk dərslər ibtidai siniflərdə "Vətənim Azərbaycan", V-IX siniflərdə "Dövlət rəmzləri-müstəqilliyimizin simvolu", X-XI siniflərdə "Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı" mövzularına həsr olunacaq.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb fəaliyyət göstərir.

32
Teqlər:
Bakı Şəhəri üzrə Təhsil İdarəsi, təhsil, məktəb
Əlaqədar
Təhsil Nazirliyindən müəllimlərə xəbərdarlıq
Təhsil naziri Bilik günü ilə bağlı əmr imzaladı - sentyabrın 15-dən...
Təhsil sindromu: Övladlarımız üçün xoş gələcək, yoxsa intihar kabusu?
Təhsil eksperti: IV qrup abituriyentlerine haqsızlıq edilib
Təhsil naziri gözlənilən əmri verdi
İspaniyada epdimioloji vəziyyət

İspaniyada ikinci koronavirus epidemiyası qaçılmazdır ekspert

14
"Bəlkə də bütün payız maska geyinmək lazım olacaq. Ciddi gigiyena qaydalarına, sosial məsafəyə riayət etməyə davam etmək lazımdır. İnsanlara izah etmək lazımdır ki, özlərini məsuliyyətli aparsınlar".

BAKI, 27 may — Sputnik. İspaniyada ikinci koronavirus epidemiyasının payızda baş verməsi demək olar ki, qaçılmazdır, lakin hökumətin ağır karantinin qarşısını almaq və problemi digər yollarla həll etmək üçün vaxtı var. Sputnik Azərbaycan xəbər verir ki, bunu Navarra Universitetinin mikrobioloqu Gilyermo Martinez de Texada RİA Novosti-yə bildirib.

"Bir çox mütəxəssislər inanırlar ki, epidemiya oktyabrda yenidən baş verəcək. Mən də bu fikirdəyəm. Çox güman ki, belə olacaq. Amma yüz faizlik əminlik ola bilməz. Onun birinci epidemiya kimi güclü olub-olmayacağı da aydın deyil", - Martinez de Texada deyib.

Onun sözlərinə görə, hazırda cənub yarımkürəsində payızdır və orada xəstələrin sayında kəskin artım baş verib.

"Bu qrip kimi mövsümi bir virusa oxşayır", - mikrobioloq deyib.

İspaniya hakimiyyət orqanlarının yeni dalğaya hazırlaşmaq üçün bir neçə ay vaxtı var, lakin ölkə çətin ki, mart-aprel aylarında olduğu kimi sərt karantin tətbiq etsin.

"Bu, çox ağır olardı. Cənubi Koreya və Tayvan bütün əhalini karantinə salmadılar. Onlar tez reaksiya verməyə imkan verən sistemləri tətbiq etdilər", - Martinez de Texada deyib.

O qeyd edib ki, hər halda, epidemiyanın ikinci dalğasına həm hakimiyyət, həm tibb işçiləri, həm də ölkə sakinləri martdakından daha hazırlıqlı olacaqlar.

"Bəlkə də bütün payız maska geyinmək lazım olacaq. Ciddi gigiyena qaydalarına, sosial məsafəyə riayət etməyə davam etmək lazımdır. İnsanlara izah etmək lazımdır ki, özlərini məsuliyyətli aparsınlar", - mikrobioloq əlavə edib.

Bununla yanaşı, o, ölkənin payız və qışda barları, mağazaları və s. yenidən bağlamaq məcburiyyətində qalacağını istisna etməyib.

14
Təcili tibbi yardım

Xəstəlikdən bezən 57 yaşlı kişi intihar etdi

22
Babayev subay olub və evində tək yaşayıb. Onun meyitini ilk görən qardaşı oğlu Hikmət Babayev dərhal hüquq-mühafizə orqanlarına məlumat verib.

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

BAKI, 26 may - Sputnik. 57 yaşlı kişi qollarını doğrayaraq intihar edib. Hadisə Qubanın Mirzəməmməd kəndində baş verib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, 1963-cü il təvəllüdlü Edqar Xunbutan oğlu Babayev hər iki qolunun damarlarını doğrayıb. Mərhum qan itirməkdən dünyasını dəyişib. 

Quba rayon polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerində meyitə baxış keçirilib. 57 yaşlı Babayev nevroloji xəstəlikdən əziyyət çəkirmiş. O, 1985-ci ildən Quba rayon mərkəzi xəstəxanasının psixiatriya şöbəsində qeydiyyatda olub. İndiyə qədər dəfələrlə stasionar müalicə alan mərhum bu gün intihar edib.

Babayev subay olub və evində tək yaşayıb. Onun meyitini ilk görən qardaşı oğlu Hikmət Babayev dərhal hüquq-mühafizə orqanlarına məlumat verib.

22