Bakıda post-patrul maşınları

Paytaxtda təhlükəsizlik tədbirləri gücləndiriləcək

142
(Yenilənib 13:15 06.09.2018)
Müntəzəm informasiya mübadiləsi Məhərrəm ayı boyunca ölkədə ictimai-siyasi asayişin qorunmasının təmin olunmasına və vəziyyətə nəzarətə kömək edir

BAKI, 6 sentyabr — Sputnik. Məhərrəm ayı ilə bağlı təhlükəsizlik tədbirləri gücləndiriləcək. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Məhərrəm ayının gəlişi ilə bağlı təşkil etdiyi birgə tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Səhləb Bağırov məlumat verib.

Görülən zəruri tədbirlər barədə danışan Bağırov qeyd edib ki, gələcəkdə bu istiqamətdə birgə fəaliyyət daha da gücləndiriləcək.

Onun sözlərinə görə, müntəzəm informasiya mübadiləsi Məhərrəm ayı boyunca ölkədə ictimai-siyasi asayişin qorunmasının təmin olunmasına və vəziyyətə nəzarətə kömək edir.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi sədrinin müavini Siyavuş Novruzov da öz növbəsində deyib ki, Azərbaycanda dini vəziyyət də ictimai-siyasi vəziyyət kimi stabildir. Dövlətin əsas vəzifələrindən biri də vətəndaşların din azadlığının təmin edilməsidir.

142
Teqlər:
Məhərrəm ayı, Bakı şəhər Baş Polis İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Əlaqədar
Təhlükəsizlik Şurasının katibi Qarabağ münaqişəsindən danışdı
Təhlükəsizlik Komitəsi əməliyyat keçirdi – Prezidentin köməkçisi tutuldu
Təhlükəsizlik xidməti "RİA Novosti"nin ofisinə basqın edib, içəridəkilərlə əlaqə kəsilib
Milli təhlükəsizlik orqanının yaradıldığı gün