Bakı Dairəvi-1 yolunda rahat hərəkətin təşkili üçün dəyişikliklər edilib

Sabahdan etibarən sürücülərin çətin günləri başlayır

1659
(Yenilənib 10:22 06.09.2018)
Avtomobil sahiblərindən aparılan işlərə anlayışla yanaşmaları xahiş edilir

BAKI, 6 sentyabr — Sputnik. Paytaxtın Mir Cəlal küçəsində hərəkət qismən məhdudlaşdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Mir Cəlal küçəsinin yenidən qurulması işləri çərçivəsində sentyabr ayının 7-dən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik qismən məhdudlaşdırılacaq. Küçə boyu hərəkət tam məhdudlaşdırılmır.

Sürücülərdən sözügedən istiqamətdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur. Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

1659
Teqlər:
hərəkət, Mir Cəlal küçəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Əlaqədar
Sürücülər, gecə bu yoldan keçməyin
Sürücülər artıq buna görə də cərimə olunacaq
Sürücülər çaşqınlıq içində: Yaxşı, cərimələr kimə yazılmalıdır?
Bu sürücülər sərnişinlərin həyatını təhlükəyə atır – VİDEO
Sürücülər arasında narazılıq - VİDEO
Bakı küçələrində təhlükəli sürücülər dolaşır