Təcili yardım və polis avtomobili

Bakının mərkəzində naməlum kişi meyiti tapılıb VİDEO

482
(Yenilənib 23:23 05.09.2018)
Hadisə yerinə təcili yardım maşını gəlsə də, şəxsin artıq ölmüş olduğu təsdiqlənib.

BAKI, 6 sentyabr — Sputnik. Ötən gün Bakının mərkəzində kişi meyiti aşkarlanıb. Sputnik Azərbaycan News24.az-a istinadla xəbər verir ki, paytaxtın "Tarqovı" adlandırılan hissəsində (Nizami küçəsində) skamyada ölmüş 38-40 yaşlarında şəxsin cansız bədəni tapılıb. Məlumata görə, ölən şəxsin üzərində şəxsiyyətini müəyyən edən sənədlər olmayıb.

Hadisə yerinə gələn təcili yardım briqadası şəxsin artıq ölmüş olduğunu təsdiqləyib. Polislər onun kimliyinin hələ ki, məlum olmadığını söyləyiblər. 

482
Teqlər:
"Tarqovı", Nizami küçəsi, meyit
Əlaqədar
Kürdə meyit tapıldı, kimliyi bilinmir
Marketin qarşısında meyit tapıldı
Meşədə çürümüş meyit tapılıb