Toyota C-HR

Diqqət: Toyota yanma təhlükəsi olan avtomobillərini geri çağırır

56
(Yenilənib 02:31 06.09.2018)
Hibrid güc idarəetmə modulundakı kabelin zəif olması yanma riskini artırır.

BAKI, 6 sentyabr — Sputnik. Toyota şirkəti 1 milyon avtomobilini geri çağırır. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Toyota Yaponiya, Şimali Amerika, Avropa və dünyanın digər regionlarında olan ümumi 1.03 milyon Prius və C-HR modellərini geri çağırır.

Yaponiya Nəqliyyat Nazirliyindən verilən məlumata görə, C-HR və Prius modellərinin hibris mühərrikli versiyaları yanğın təhlükəsizliyini təmin etmək məqsədilə geri çağırılır. Hibrid güc idarəetmə modulundakı kabelin zəif olması yanma riskini artırır.

Qeyd olunub ki, bu vəziyyət 2015-ci ilin iyunundan — 2018-ci ilin may ayına qədər Yaponiyada istehsal olan avtomobillərdə müşahidə edilir.

Toyota-nın nümayəndəsi 1.03 milyon avtomobilin yarısının Yaponiyada istifadə edildiyini də qeyd edib. O, bildirib ki, Amerikadan 192 min Prius avtomobili geri çağırılıb.

Bu səbəbdən avtomobilləri geri çağırma Toyota-nın tarixində ikinci dəfədir baş verir. 2009-cu ildə isə şirkət hava yastığı problemi ilə bağlı 2.87 milyon avtomobili geri çağırmışdı.

56
Teqlər:
C-HR, Prius, mühərrik, avtomobil, Toyota, DeNa Toyota Prius, Yaponiya
Əlaqədar
Məşhur brend avtomobillərini geri çağırır: Səbəb...
"Mazda" avtomobillərini geri çağırır