CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlk öpüş seksual münasibətin müddətini müəyyən edir

CC0 / Pexels / KissingÖpüşməyə hazırlaşan xoşbəxt insanlar
Öpüşməyə hazırlaşan xoşbəxt insanlar - Sputnik Azərbaycan
Abunə olmaq
Belə öpüşün bir dəqiqəsi zamanı bədən 26 kalori yandırır.

BAKI, 6 sentyabr — Sputnik. Bir çox heyvanlar öpüşür, amma bu, təkcə insanlarda ehtiraslı alınır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, öpüşü bir toxunuş kimi xarakterizə etsək, bunu bir çox heyvanlarda müşahidə edərik. Məsələn, balıqlar ağızları ilə bir-birinə toxunur, göyərçinlər dimdikləri ilə, erkək siçan dişi siçanı yalayır, itlər və pişiklər isə qarşı cinslərinə sürtünürlər.

Primatlardan yalnız şempanzeler öpüşür.

Ancaq dil ilə partnyorun ağzına daxil olub, tüpürcəkləri dəyişmək sırf insana xasdır. Və hər şey bununla bitmir.

Ənənəvi mədəniyyətlərin nümayəndələrinin 10 faizi öpüşmək əvəzinə bir-birini yalayır, partnyorunu qoxulayır və bir-birinə sürtünür.

Moskvada pilonda rəqs üzrə müsabiqə, 1990-cı illər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bir vaxtlar bizim ölkəmizdə seks

Öpüşün kifayət qədər araşdırıldığını etiraf etmək mümkün deyil. Öpüş haqqında elm olan filematologiya bir neçə il bundan əvvəl yaradılsa da, hələ ki, heç bir nəticə əldə edilməyib.

Öpüş zamanı hərəkətdə olan əzələlərin və bu zaman itirilən kalorinin miqdarı hesablanıb. Belə ki, yüngül öpüş zamanı 3-4 əzələ işləyir və bu zaman bədən 3-4 kalori itirir.

Ehtiraslı öpüş zamanı isə 34 üz əzələsi və 112 bədən əzələsi iştirak edir. Belə öpüşün bir dəqiqəsi zamanı bədən 26 kalori yandırır.

Alimlərin araşdırmasına görə, öpüş anında potensial seksual tərəfdaş haqqında məlumat alınır. Sözün qısası, tüpürcəyin dadı və qoxusu seksual partnyorun seçilməsinə yardım edir. Bu daha çox qadınlara aiddir. Çünki qadınlar öpüşə kişilərdən daha çox dəyər verir. İlk öpüş zamanı qadın qarşısındakı partnyorla seksual münasibətinin müddətini müəyyənləşdirə bilir.

Xəbər lenti
0