Yaşayış evinin tikintisi, arxiv şəkli

Azərbaycanda böyük intizarla gözlənilən hadisə yenə baş tutmadı

209
(Yenilənib 12:15 05.09.2018)
"Güzəştli mənzil" sisteminin işində problem yaranıb

BAKI, 5 sentyabr — Sputnik. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin təkrar güzəştlə satışı bu gün saat 11:00-də başlamalı olsa da, proses yenə baş tutmayıb.

Bu barədə Sputnik Azərbaycan-a MİDA-dan məlumat verilib. Bildirlib ki, satışın həyata keçirilməsi üçün "Elektron hökumət" portalında (e-gov.az) yaradılmış "Güzəştli mənzil" sisteminin işində problem yaranıb.

Məsələ ilə bağlı MİDA "Facebook" səhifəsi vasitəsilə vətəndaşlara müraciət edib. Müraciətdə bildirilir ki, mənzil seçimi prosesi hazırda dayandırılıb. Proses bugün saat 15:00-dan etibarən aktivləşdiriləcək.

Güzəştli mənzillər
Karikatura
Güzəştli mənzillər
209
Teqlər:
mənzil, Yasamal Yaşayış Kompleksi, MİDA, Mənzil İnşaatı Dövlət Agentliyi
Əlaqədar
Güzəştli mənzillərin satılacağı tarix və qiymətləri açıqlandı
Güzəştli mənzillərlə bağlı yeni xəbər var
Güzəştli mənzillərlə bağlı yeni xəbər var
Güzəştli mənzil müəmması böyüyür: Texniki nasazlıq, yoxsa...
Güzəştli mənzillərin satışında şübhəli məqamlar