Dollar

Dollar hegemoniyası davam edəcək

179
(Yenilənib 13:35 04.09.2018)
Bu baxımdan, inkişaf etməkdə olan ölkələr yalnız iqtisadiyyatını inkişaf etdirərək daha çox dollara sahib olmaqla "dollara qarşı mübarizə" apara bilərlər

BAKI, 4 sentyabr — Sputnik. "Dollardan imtina mümkündürmü? Hazırda çox fərqli regionlarda ABŞ dollarından imtina edilməsi və ikitərəfli xarici ticarət əməliyyatlarında milli valyutadan istifadə edilməsi müzakirə olunur. Bir müddət öncə bu məsələdə Rusiya və İran daha aktiv görünürdürsə, indi Türkiyədən dollardan imtinaya daha çox çağrışlar var".

Sputnik Azərbaycan xəbər verir ki, iqtisadçı Vüqar Bayramov bu barədə öz "Facebook" səhifəsində yazıb. O, qeyd edib ki, əvvəlki dövrlərdə də dollardan imtinaya cəhdlər olub və etiraf etmək lazımdır ki, bu cəhdlərin hamısı uğursuz nəticələnib. 

Onun sözlərinə görə, hazırda dünya aktivlərinin 62.7 faizi dollarda, 20.2 faizi avroda saxlanılır: "Sonrakı iki yeri bölüşən Yaponiya və Britaniya milli valyutalarının rezerv səbətində payı ayrı-ayrılıqda 5 faizə belə çatmır. Strateji məhsulların da yalnız dollar ilə satıldığını nəzərə alsaq ABŞ valyutası yalnız dünya rezervlərində deyil, eyni zamanda qlobal ticarətdə hegomonluğunu qoruyub saxlayır".

"Amma dollardan imtinanın, hələlik real olmaması yalnız ABŞ pulunun hegomunluğu ilə bağlı deyil. Baxmayaraq ki, bunun özü də vacib faktordur. İnkişaf etməkdə olan ölkələrin milli valyutalarının bir-biri ilə birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşir. Hətta ölkələr milli valyutalarda xarici ticarət əməliyyatları aparmaq istəsələr belə, öz pullarını dollar üzərindən konvertasya etməlidirlər" — deyə iqtisadçı bildirib.

V.Bayramov hesab edir ki, digər tərəfdən, inkişaf etməkdə olan ölkələr yığımlarda dolların payını azaltmaq istəsələr də, alternativ olaraq avrodan istifadə ediməlidir: "Bu isə, o deməkdir ki, Qərb valyutasından imtina, hələlik mümkün deyil. Bu baxımdan, hələlik dollardan imtina cəhdləri daha çox psixoloji və əksər hallarda daxili auditoriyaya ünvanlanan ideoloji mesajlardır. İnkişaf etməkdə olan ölkələr yalnız iqtisadiyyatını inkişaf etdirərək daha çox dollara sahib olmaqla "dollara qarşı mübarizə" apara bilərlər".

179
Teqlər:
imtina, Vüqar Bayramov, dollar
Əlaqədar
Dollar almaq istəyənlərə xoş xəbər
Avokado yeyərək 300 dollar qazana bilərsiz
Türkiyə yenə “dollar burulğanı”nda boğulur
Dollar "işğalına" qarşı effektiv addım
Türkiyənin xilas planı işə salındı, ölkəyə 70 milyard dollar yönəldildi
Bakıda bank işçisinin evindən 50 min dollar oğurlanıb
Bir paylaşım ölkəyə 20 milyard dollar ziyan vurdu