Yanacaqdoldurma

Gecəyarı benzin dizelin qiyməti qalxıb - Qonşuda

504
(Yenilənib 10:41 04.09.2018)
Hazırda Türkiyədə ən ucuz benzin markasının bir litrinin qiyməti 6.33 lirə təşkil edir

BAKI, 4 sentyabr — Sputnik. Ötən gecə Türkiyədə yanacağın qiyməti bahalaşıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, benzinin qiyməti 0.51 kuruş (0.13 qəpik), dizelin qiyməti 0.55 kuruş (0.14 qəpik), avtomobil qazının qiyməti isə 0.28 kuruş (0,7 qəpik) bahalaşıb.

Ancaq bu qiymət artımı Xüsusi İstehlak Vergisi nisbətində qarşılanacağı üçün yanacaqdoldurma məntəqələrindəki satış qiymətlərinə (pərakəndə satış qiyməti) təsir etməyəcək. Əgər qiymət artımı pərakəndə satış qiymətinə tətbiq edilsəydi, benzinin qiyməti 7 lirəni (1.80 manatı) keçmiş olacaqdı.

Hazırda Türkiyədə ən ucuz benzin markasının bir litrinin qiyməti 6.33 lirə (1.62 manat) təşkil edir.

504
Teqlər:
yanacaqdoldurma məntəqələri, benzin, yanacaq, satış, qiymət
Əlaqədar
Azərbaycanda bəzi benzin markalarının qiyməti qalxdı
Paytaxtda benzin oğrusu tutuldu: Borunu deşib...
Benzin, siqaret və spirtli içkilər bahalaşıb
Azərbaycanda benzin bahalaşdı
Özbəkistan 90-cı illərə qayıdır: benzin qıtlığı yaranıb
Azərbaycanda benzin yenidən bahalaşacaq?
Vəzifəli şəxsdən benzin açıqlaması
Benzin bahalaşdı, amma əvəzində...